Var-dövlət artanda arzular tükənir.
Yavaş-yavaş bütün arzularına çatdıqdan sonra yeni bir arzun olmur, ona çatmaq həvəsin olmur, həyatda məqsədin qalmır. İndi deyərsiniz ki, sən bəyəm milyarder-zadsan?
Xeyr. Həyatımın ayrı-ayrı dönəmlərində əlimdə çoxlu pul olduğu zaman o pulla əldə etmək istədiklərimi əldə edəndən sonra mən bu hissi yaşamışam. O Titanikin qalıqlarına baxmaq üçün okeanın dibinə enən milyonçular da belədir. Onların gəzmədiyi yer yəqin ki Afrika-zad olar. Bəlkə hətta oralara da gediblər, qara-qura adamlarla məzə tutmaq üçün. Yeni adrenalin, əyləncə lazımdır axı!?
250 milyonu ver ki, məni salın sualtı qayığın-silindirin içinə, ordan çıxmaq əlimdə olmasın, cəmi 90 saatlıq da havam olsun və okeanın dibinə göndərin. Bunu etmək üçün insanın artıq yaşamaq üçün bir arzusu qalmamalıdır. Var-dövlət də belə şeydir. Onun gəlməsi üçün qurban verməlisən. Görünür ki, ən sonuncu - ağlını...