Hazırda dünyanın bir çox yerlərində aləmi bir-birinə qatan Birləşmiş Ştatlar heç bir halda sakitləşə bilmir. İndi də Koreya yarımadasında suları bulandırmağa çalışır.
"Renxap" agentliyinin verdiyi məlumata görə, ABŞ və Cənubi Koteyanın birgə keçirdiyi Ulchi Shield (UFS) hərbi təlimləri bu gün başa çatıb. Bu barədə Cənubi Koreyanın qərərgah rəislərinin komandanlığı məlumat verib.
Əslində ilk baxışda burda elə bir fövqaladə hadisə baş vermədiyini düşünmək olar. İstənilən ordu silahlı qüvvələrinin hazırlıq vəziyyətini nəzarətdə saxlamaq üçün mütamadi olaraq hərbi təlimlər keçirir. Bu təlimlər bir-biriylə hərbi əməkdaşlıq edən bir və ya bir neçə dövlətin birgə iştirskı ilə də keçirilə bilər.
Lakin, ABŞ-ın bu təlimlər zamanı ilk dəfə olaraq Şimali Koreyaya qarşı nüvə hücumunun imitasiya ssenarisinin sınaqdan keçirilməsi təbii ki, onsuzda ağlı başında olmayan nüvə silahına malik Şimali Koreya Respublikasının prezidenti Kim Çen I-nı adekvat addımlar atmağa sövq edəcəyi gün kimi aydındır. Özü də sınaq məqsədiylə deyil, bir başa, real olaraq Cənubi Koreyaya nüvə slahları ilə hücum edilə bilər.
Və, həqiqətən də gözlənildiyi kimi, Kim Çen I-nın reaksiyası özünü çox da gözlətmədi. Şimali Koreyanın lideri təcili olaraq bu məqsədlə Pilotduz uçuş aparatlarının yaradılması ilə bağlı göstəriş verib. Yəqin ki, bu PUA-lar ən azından taktiki nüvə başlıqları ilə təmin olunacağı istisna olunmur. Şimali Koreya hələ ki, taktiki nüvə silahlarına malik olmasa da, müttəfiqləri sayılan və hazırda ABŞ-la yumşaq desək xoş münasibətləri olmayan Rusiya bu məsələdə onlara yardımçı ola bilər.
İndi də, guya Vaşinqton Şimali Koreya rəhbərliyinin bu bəyənatından təşvişə düşüb, bu təhdidi ciddi qəbul edib və vəziyyətin inkişafını izləyəcəyini bildirib. Halbu ki, Vaşinqton hərbi təlimlər zamanı Şimali Koreyaya nüvə hücumlarının həyata keçirilməsinin imitasiya ssenarisinə, qarşı tərəfdən sərt reaksiya göstəriləcəyini də yaxşı bilrdi. Əslində Koreya yarımadasında növbəti münaqişə ocağının qalanması üçün bu, Pentaqonun hazırladığı planın tərkib hissəsi kimi qəbul olunmalıdır.
Nəzərə alsaq ki, ABŞ-ın daha bir "ötürməsiylə" Uzaq Şərqdə hələ çözülməsi mümkün olmayan Çin-Tayvan münaqişəsi də alovlanmaqdadır. Bütün bunlardan sonra, bu regionda da vəziyyətin nə dərəcədə gərgin olacağını və nə ilə nəticələnə biləcəyini təsəvvürə belə gətirmək olmur.