Ağ Evin milli təhlükəsizlik şurasının strateji məsələlər üzrə kordinatoru Con Kirbi bəyan edib ki, Ukraynaya göndərilən hərbi yardımlara ayrılan vəsait tükənmək üzrədir.
Kirbi qeyd edib ki, bi vəsait bir neçə həftəyə çata bilər və ona görə də, Kiyevə davamlı köməyin göstərilməsi üçün Konqress əlavə vəsaitin ayrılması məsələsinə tezliklə qərar verməlidir. Kordinator, qanunvericiləri Ukrayna cəbhəsində əlverişli şəraitin davam etdirilməsi üçün 24 milyard dollar ayrılması məsələsini tezləşdirməyə çağırıb.
"Bizim hələ bir neçə həftəyə çata biləcək vəsaitimiz qalıb. Tələb olunan maliyə ayrılmasa, payız və qış aylarında Ukrayna dəstək verməyimiz qəti mümkün olmayacaq"- deyə Kirbi bildirib.
Alman politoloqu, Bonn Universitetinin professoru Xaynemann-Qryuder xəbərdarlıq edir ki, Ukrayna tezliklə ABŞ-ın dəstəyindən məhrum ola bilər. Professorun fikirincə, silah-sursat təminatı daha altı ay davam edəcək, sonra dayanacaq. Daha sonra Vaşinqtonun ardınca Qərb dövlətləri də silah-sursat dəstəyini dayandıracaq.
Lakin hələ ki, ABŞ, Ukraynaya vəd etdiyi "Abrams" tanklarının ilk partiyasının göndərildiyini təsdiq edib. Tanklatın sayı barədə məlumat verilməsə də, Con Kirbi yaxın vaxtlarda yeni partiyanın göndəriləcəyini bəyan edib.
Əslində ABŞ-ın dolları çoxdu və dünyanın istənilən yerində törətdikləri avantyuralar üçün "səxavətlə" milyardlarla dollar səpələməyə hazırdılar və bunu dəfələrlə nümayiş etdiriblər. Kirbinin təlaş dolu bəyanatına da ehtiyac yoxdur. ABŞ qarşısına Rusiyanı çökdürmək məqsədi qoyub və bu məqsədinə çatmaq üçün, lazım gəlsə bütün büdcəsini də ortaya qoya bilər...