
Trampın sülh missiyası, ATƏT-in 30 illik səmərəsiz missiyasını xatırladır
The Washington Post bildirir ki, ABŞ, Ukrayna münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aprelin 23-də keçiriləcək görüşdə Avropa İttifaqına Krımın Rusiyanın ərazisi kimi tanımağı təklif edəcək.
Bitləşmiş ştatlar bundan başqa, hazırki cəbhə xəttində atəşin dayandırılmasını da təklif edəcək.
Bunun müqabilində Ukraynaya təhlükəsizliklə bağlı zəmanət verə bilər və ölkənin bərpa proqramının maliyələşdirilməsini vəd edə bilər.
Daha əvvəl bildirilirdi ki, ABŞ prezidenti Donald Trampın sülh planda, avropa hərbiçilərinin Ukrayna ərazisinə yerləşdirilməsi də nəzərdə tutulub.
Bundan başqa, atəşin dayandırılmasına nəzarət edəcək komissiya yaradılması təklif edilir. Bu komissiyaya RF-sı, Ukrayna və NATO-ya daxil olmayan bir ölkənin nümayəndələri daxil olacaq, üstəgəl Kiyev rejimi ərazilərinin 20 faizindən imtina etməli olacaq.
Təkliflər, vədlər verilir, nəticə əldə olunacaqmı? Kiyev Krımdan və ərazilərinin 20 faizinin itirilməsiylə razılaşacaqmı?
Ukrayna prezidenti Volodimir Zelenski, danışıqlara başlanması üçün, Rusiya tərəfinin atəşi dayandırmasını əsas şərt kimi irəli sürür: "Əgər Rusiya atəşi dayandırarsa, biz danışıqlara başlamağa razılıq verə bilərik, daha sonra isə, ümumiyyətlə müharibənin dayandırılması məsələsinə baxa bilərik".
Ukrayna prezidenti Volodimir Zelenski, eyni zamanda qeyd edib ki, atəş dayandırılmasına nail olmadan, ərazilərlə bağlı danışıqlar aparıla bilməz. Ən əsası isə, Zelenski bəyan edib ki, "rəsmi Kiyev heç vaxt Krımın Rusiyaya verilməsinə razılıq verməyəcək".
Avropa İttifaqı diplomatiya komissiyasının rəhbəri Kaya Kallas bəyan edib ki, Vaşinqton Moskvaya təyziq etmək üçün bütün imkanlarından istifadə etməyib. Avrokomissar ABŞ prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həlli ilə bağlı strategiyasını bəyənmədiyini bildirib.
"ABŞ-ın əlində Rusiyaya təyziq etmək üçün ələtlər var. Onlar bu alətlərdən istifadə etmirlər"- deyə Kallas bəyan etməklə yanaşı, həmçinin Krımın RF-sının bir parçası kimi tanımayacaqlarını və Avropa İttifaqının buna getməyəcəyini bildirib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə, Ukrayna münaqişəsinin sülh yolu ilə həll olunması ilə bağlı Trampın planları barədə ümumiyyətlə məlumatları olmadığını bildirib.
Bir sözlə, Ağ Evdə "toydur", "səbəbkarların" isə bundan xəbərləri yoxdur. Yalnız görünən odur ki, münaqişə tərəflərinin danışıqların başlanması üçün əvvəldən irəli sürdükləri şərtlər faktiki olaraq dəyişilməz qalmaqdadır. Aİ-də açıq şəkildə bəyan edir ki, ABŞ-in təklif etdiyi planlarla razılaşmayacaq.
Bütün bunları bilən Tramp administrasiyasının nümayəndələri, Avropa İttifaqı nümayəndələriylə görüşdə nəyə ümid edir?..
P.S. ABŞ prezidenti Donald Trampın Ukrayna münaqişəsinin sülh yolu ilə həll olunmsı ilə bağlı missiyası, ATƏT-in Qarabağ münaqişəsinin həlli ilə bağlı missiyasını xatırladır. ATƏT-ın missiyası 30 il boş-boşuna papağını küləyə verdi, heç bir səmərə vermədi... Azərbaycan Şanll Ordusuyla məsələni 44 günə həll elədi...