Ağdamda meyit tapılıb.
Adalet.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağdam rayonunun Quzanlı qəsəbəsində tikilinin dam örtüyünün üzərindəki kişi meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.
Məlumatla əlaqədar Nazirliyin Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində meyit düşürülərək aidiyyəti üzrə təhvil verilib.