Hərdən mənə elə gəlir ki, xəbərlərdə "alimlər araşdırıb ki, filan şey filandır" cümləsindəki alimləri hələ də nə görən olub, nə də tanıyan. Və bu alimlər konkret olaraq el diliylə desək "bikar" qalıblar və "bikar"lıqları üçün maaş alırlar.
İndi rastıma çıxdı, yenə bizim bu "alimlər" araşdırıb belə nəticəyə gəliblər ki, planetimiz 3-4 milyard il sonra çevrilib Mars olacaq. Yüz milyonlarla ildir ki, Günəş isinirmiş, qızmağa davam edirmiş və təxminən iki milyard il, bəlkə də daha çox milyard il ərzində temperatur o qədər isti olacaq ki, Yerdə yaşayış üçün şərait yaradan okeanlar-zadlar quruyub yoxa çıxacaq. Daha sonra isə Günəş o qədər böyüyəcək ki, Yeri udacaq və biz də onun içində.
Zalımın balaları zındıqlar, milyard, iki milyard, üç milyard ili qoyun e qırağa, elə indi, bu dey bu dəqiqə Yer yaşamalı yerdir ki? Mütləqdirmi səhraya çevrilə?! Sənə nə 2 milyard il sonra Yer hansı günə düşəcək?!
Seyid Lazımın cəddi haqqı, bikarsınız.
Falçılar kimi proqnoz püləyirsiniz.
Azərbaycanda adamların səhərdən axşama sağ çıxmağa "qarantı" yoxdur, qaldı 2 milyard il sonra.
Hə, bir də, məncə heç belə alimlər-zadlar da yoxdur dünyada, bizim saytlardır da, xəbər tapmayanda alimlərlə günlük plan doldururlar.