adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Allah bəndəsinə cəza verəndə əvvəlcə ağlını alır, sonra... - Əntiqə Rəşid yazır

Əntiqə RƏŞİD
4094 | 2023-05-05 19:20

Erməni mediasını diqqətlə izləyirəm. Hər dəfə izlədikdən sonra qənaətim dəyişmir, əksinə çox möhkəmlənir. Allah bir toplumu lənətləyəndə məhz onları belə cəzalandırır. Ağlını alır!

Ağlı olmayan toplum isə ən səviyyəsiz hərəkətlərə getməsi labüddür. Məsələn, ən yaxın qonşusuna nifrət bəsləmək, fürsət düşəndə , insan qanı axıtmaq, evlər yıxmaq, kəndləri , şəhərləri xarabazara çevirmək kimi xüsusiyyətlər ancaq ermənilərdədi. Ancaq ermənilər başqa xalqın torpağını işğal edib, orda məskunlaşmağa başlayanda həmin əraziləri “qədim erməni torpağı “kimi dünyaya tanıdır. Oradakı mədəni, tarixi abidə və tikililəri, eyni zamanda, o ərazilərdə yaşayan xalqlara məxsus musiqini, rəqsləri folkloru, kulinariyanı özünün uzaq keçmişindən gəldiyini bağırır.

Təsəvvür edin ki, 1828-ci ildə Qarabağa gəldiklərini qeyd etmək üçün 1978-ci ildə Tərtər rayonunun Marağa kəndində abidə ucaldan bu qaçqın taboru 1988-ci ildə həmin abidəni uçuraraq, həmin torpaqların sahibi olduqlarını “Azərbaycanın haqqı görməzdən gələn” dünyaya tirajlamağa başladılar. Hələ 1992-ci il 8 mayda Azərbaycanın əzəli və əbədi yurdu olan Şuşanı işğal edən ermənilər düz 2020 –ci ilə qədər hər il 8 mayı qələbə günü kimi qeyd etdilər. Guya qədim erməni torpağını azərbaycanlılardan geri qaytarıb və bu Azərbaycan üzərində böyük bir qələbə kimiqeyd edildi.

.

Nəhayət , 2020-ci il 27 sentyabrda Azərbaycan ordusu öz hüququ, haqqı olan doğma torpaqlarımızın işğaldan azad edilməsi uğrunda savaşa girdilər. Bütün dünyanın 80 faizi Ermənistanı və erməniləri müdafiəyə qalxsa da , haqq yerini tutdu, Azərbaycan qələbə çaldı. Bayaq yenə erməni mediasını izləyirəm. “Artsaxın informasiya qərargahı bildirir ki, bu il mayın 8-i (bazar ertəsi) iş günüdür, çünki Ermənistan hökuməti tərəfindən həmin iş gününün keçirilməsi ilə bağlı heç bir qərar qəbul edilməyib. Halbuki, hər il 8 may Artsax Respublikasının Müdafiə Ordusu və Şuşinin ( Şuşa) Qurtuluş Günü qeyd olunur və qeyri-iş günü hesab edilirdi.

Mayın 9-na (çərşənbə axşamı) gəlincə, “Artsax Respublikasının bayram və anım günləri haqqında” qanuna əsasən, həmin gün (Böyük Vətən müharibəsi- 1941-1945)Qələbə Günü kimi qeyd olunacaq”.
Yadıma düşür, 2020-ci il, Şuşada ermənilər Şuşanın “azad olunması” ilə bağlı bayram tədbiri keçirdirdilər. Yeyirlər, içirlər, qol-boyun olub bir-birini təbrik edib bizə yara üstündən, yara vururdular. O kadrlara baxıb hönkür-hönkür ağladığım günlər olub.
İndi isə ... İndi isə ... Azərbaycan ordusuna, bizi dəstəkləyən, arxa kömək olan dövlətlərə, Ali Baş Komandana minnətdarlıq hissim içimi doldurub. Xəstə , bədbəxt, lənətlənmiş o murdar sürünü o cənnət məkandan uzaqlaşdırıblar. Başa sala- sala, ağıl verə- verə, səhv edəndə qulağını çəkə-çəkə... Uzun sözün qısası, Allah bəndəsinə cəza verəndə əvvəlcə ağlını alır, sonra  qazandıqlarını...
Allah tərəfindən lənətlənmiş ermənilərə bir sualım var, nə qazandınız? Nəyin uğrunda özünüzü diri zarıncı kökünə saldınız?
Ağlınız olsaydı anlayardınız, yoxdu deyə anlamırsınız, heç vaxt anlamayacaqsınız!


Son olaraq: Mayın 9-11-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçiriləcək.


 

TƏQVİM / ARXİV