adalet.az header logo
  • Bakı 5°C
  • USD 1.7

Aqil ABBAS: ALLAHI QATİL EDƏNLƏR

AQİL ABBAS
114446 | 2019-07-30 11:40

Qəssabınindicə boğazına bıçaq çəkdiyi qoyun kimi fınxırır, dabanları ilə torpağı eşir vəildırım çaxmış adam necə qovrulurdusa elə qovrulur, nə baş verdiyini anışdırabilmirdi. Və yəqin ki, anışdırmağa heç vaxtı da çatmayacaqdı, ömrünün son dəqiqələriniyaşayırdı. İlk anda ildırım sandığı güllə sağ çiynini parçalamışdı. Yaradanbuğlana-buğlana axan qanın barıt iyinə qarışmış qəribə bir qoxusu gəlirdi. Ammaartıq o bu qəribə qoxunu hiss edəcək, duyacaq halda deyildi.

Çoxçətinliklə gözlərini açmaq istədi, qanı üz-gözünə dağıldığından kipriklərinizorla aralaya bildi, amma heç nəyi aydın görə bilmədi. Ağacların arasındansüzülüb gələn gün işığının qarşısını nə isə kəsmişdi. İldırım sandığı qəfilgüllə zərbəsindən sonra hissi yavaş-yavaş özünə qayıdırdı. Və nəhayət başadüşdü ki, onu ildırım vurmayıb, güllə dəyib. Əlini silahına atmaq istədi, ammanə illah elədi əli sözünə baxmadı, elə bil bədəninin bir tərəfi yox idi.Buğlanan qanının və barıtın qoxusunu da indi duymağa başladı. Alnına dayadılmıştüfəngin hələ soyumamış isti lüləsini də hiss elədi. Hissi özünə qayıtdıqcagözlərini bir az da geniş aça bildi və gördü ki, ağacların arasından süzülüb gələngün işığının qarşısını kəsən nə isə yox, onun canını almağa hazırlaşanƏzrayıldı və qonub sinəsinə. Və bu Əzrayıl onun canını bir anda alıb onaöldüyünü bilməmək xoşbəxtliyini qismət etmək istəmirdi. Və sanki Əzrayıl bu əzablıölümü ona yaşatmaqdan bir zövq, bir ləzzət alırdı.

Ammasinəsinə qonmuş Əzrayıl Allahın insanların içində həmişə vahimə ilə gəzdirdiyivə heç vaxt qaçıb qurtula bilmədiyi mələyinə qətiyyən oxşamırdı- nə əlində almavardı, nə də qılınc. Adicə insan idi, üz-gözündən də zəhər-zəhrimar yağan birinsan. Və bu insan çox soyuqqanlılıqla tüfəngi onun alnına dayamışdı, ammaatmırdı, ovunun ölüm qabağı çəkdiyi əzabı seyr edərək ürəyini soyudurdu.

Ammaqan içində çabalayan ovunun əzab içində ölümünü sonadək izləməyə gücü çatmadı. Ürəyi ağzına gəldi, qusmaqdan özünüzorla saxladı. Və gördü daha dözə bilmir, tüfəngin lüləsini ovunun alnından sinəsiaşağı sürüşdürdü. Və kişilərin həmişə böhtan atmağı xoşladığı və öyündüyü yerdəsaxlayıb, tətiyi çəkdi.

***

Qan iyinə birsürü çaqqal qaçıb gəlmişdi və meyidin ətrafında fırlanırdılar, barıtınqoxusundan qorxduqlarından hələ ki, cəsədə toxunmurdular. Barıtın qoxusu çəkildikcəçaqqallar ürkək-ürkək cəsədi didişdirməyə başladılar, pay üstə bir-birinəmırıldayır və hərdən də boğuşurdular. Əgər əsgərləri tikintidən hərbi hissəyəqaytaran maşın bir az da gec gəlsəydi yəqin ki, çaqqallar cəsədi parça-parça edəcəkdilər.Amma maşının qəfil gəlişi çaqqalları ömürlərində indiyədək görmədikləri belədadlı yeməkdən məhrum elədi.

Sürücü yolunortasında "Cip"i görcək tanıdı və maşını saxladı. Əyləc səsinəçaqqallar bir an başlarını qaldırıb maşına tərəf boylandılar, amma əvvəl-əvvəlheç nəyi veclərinə almadılar. Kabinədəki zabit dərhal qapını açıb yerə sıçradıvə "Cip"ə tərəf qaçdı. Qaça-qaça da çaqqalları qorxutmaq üçün havayagüllə atdı. Güllə səsindən qorxan çaqqallar vaqqıldaya-vaqqıldaya öz dillərindəzabitə söyə-söyə narazı-narazı götürüldülər. Və zabit çaqqalların dağıtdığımeyidi görəndə yerindəcə dondug

***

İstidən günəş dəyaxasını-başını açdığından göydən od yağmırdı ey, od tökülürdü. Bəziləri göydəntökülən oddan qorunmaq üçün özlərini vermişdi ağacların kölgəsinə, köynəklərinibürmələyib başlarının altına qoyub mürgü vururdu, üç-dörd nəfər başqa birağacın altında kart oynayırdı. O isə dörd-beş əsgərlə birlikdə çörək yeyirdi.Daha doğrusu yemirdi, qarşısındakı borşla midilənirdi.

İt kimi yox, itdəndə betər yorulmuşdu. Onu yoran iş-güc deyildi, onu yoran çəkdiyi əzab dadeyildi. Onu yoran əsgər yoldaşlarının mütiliyi, komandirlərin buyurduğu ənmurdar işləri görməyə hazır olmaları və görmələri idi. Nə müddət idi o da başqaəsgər yoldaşları kimi komandirlərin bütün murdar əmrlərini yerinə yetirirdi.Amma içində bu əmrlərə qarşı bir qiyam vardı. Düzdü, bu qiyamı hələ içindənbayıra çıxara bilmirdi, hərdənbir deyinirdi. Və deyinəndə də əsgəryoldaşlarının arasında özünə bir həmfikir axtarırdı, amma tapa bilmirdi. Və həttagörürdü ki, əsgər yoldaşları nəinki təhqir olunmalarına dözürlər, əksinə özlərinidaha rahat, daha xoşbəxt hiss edirlər.

Onlarınbatalyonu o biri batalyonlardan fərqliydi. Hissəyə gecədən-gecəyə yatmağa gələrdilər.Nə təlimə çıxırdılar, nəposta gedirdilər. Şənbə-bazar günləri də günortadan sonra yemək-içməklərindəydilər.Telefonla çağırdıqları taksilərə doluşub şəhərə qız dalınca da gedirdilər. Bubatalyonu hərbi hissədəki əsgərlər qibtə ilə "bəxtəvərlər batalyonu"adlandırırdılar. Amma bu batalyon onun gözündə alçaldılmış və təhqirolunmuşların batalyonu idi. Və onu da bilirdi ki, əsgər yoldaşlarının atalarıövladlarını bu alçaldılmış və təhqir olunmuşların batalyonuna saldırmaq üçünkomandirlərə rüşvət də veriblər.

Əslindəelmi işi üçün burda çox gözəl material vardı. Amma daha elmi işi də onumaraqlandırmırdı. Hər şeydən iyrənmişdi - qırmızı diplomundan da, həvəsləbaşladığı elmi işindən də, əsgər yoldaşlarından da.

Vəartıq sevdiyi qıza məktub yazmaqdan da iyrənmişdi, nə yazaydı onag

Fəlsəfəmüəllimi həmişə ona deyirdi ki, səbr bir dağdı, üstünə gəlir, əgər özünüsaxlaya bilsən o dağın zirvəsinə qalxacaqsan, amma özünü saxlaya bilməsən o dağsəni altına alıb əzəcək. Yaratdıqlarının çoxdan boğaza yığdığı Tanrının onlarayazığı gəlib, bəşəriyyəti xilas eləmək üçün göndərdiyi sonuncu kitabı -"Qurani-Kərim"i də oxumuşdu. Səbr haqqında onlarla hədis də bilirdi,tələbəlik illərində səbrsizlik edən yoldaşlarına da o, səbr və dözümaşılayardı.

Vəindi də neçə ay idi səbr edirdi. Amma day ona hədislər də kömək edə bilmirdi vəbu səbr onu dağın zirvəsinə qaldırmır, əksinə altına alıb əzirdi. Və artıq səbreləməkdən də iyrənmişdi və yorulmuşdu.

Yorulmuşdu,özü də elə yorulmuşdu ki, qarşısında bir boşqab borşu yeməyə də ərinirdi, midilənirdi.

Borşuşaq vaxtları onun ən çox sevdiyi xörək idi, qırmızı zılxla, özü də qoyun ətiylə.Onların evində heç vaxt borş bişirməzdilər. Bu rus xörəyi sayılırdı. Amma borşurus xörəyi olduğuna görə yox, borş bişirmək ənənələri olmadığına görə bişirməzdilər.Və ailədə ondan başqa heç kimin bu xörəyə marağı olmadığına görə də anası borşbişirməyi öyrənməyə maraqlı olmamışdı. O borş yeməyi Bakıya olimpiadalara gələndəöyrənmişdi. Müəllimləri onları ucuz yeməkxanalara aparar və zorla borş yedirdərdiki, həm çox xeyirlidi, həm də bədəni üşüməkdən qoruyur. O da ilk dəfə borşu həminucuz yeməkxanalarda yemişdi və çox xoşuna gəlmişdi.

Ürəyindəntez-tez borş keçərdi. Anası deyərdi ki, "ay oğul, bu urus yeməyini xalanyaxşı bişirir, get onlarda ye".

Xalasıuzun müddət Rusetdə yaşadığından doğrudan da gözəl borş bişirirdi, həm dəqaynanası bakılı idi. Bakılı olmaq o deyildi ki, bakılılar rus idilər, sadəcəolaraq bunu ruslardan öyrənmişdilər.

Xalasıda bilirdi ki, o, borşu sevir, onun xətrinə hərdən borş bişirərdi və xəbər göndərərdiki, gəl bizə. O da sevinə-sevinə qaçardı xalasıgilə. Sokratın bir sözündən xoşugələrdi: "Mən yemək üçün yaşamıram, yaşamaq üçün yeyirəm". O daSokrat kimi yeməkdən ləzzət almırdı, istəyir plov olsun, ya kolbasa, fərq etməzdi,təkcə borşdan ləzzət alırdı.

Əsgərliyəgələn günü borş verdilər, çox sevindi, az qalırdı borşu gözünə təpsin. Hətta əsgəryoldaşları onun bu ətsiz borşu belə ləzzətlə yeməyinə təəccüblə baxırdılar:

-Ə, elə bil bu aclıqdan çıxıb!

İkincigün, üçüncü gün, onuncu gün və artıq borşdan da iyrəndi.

Vəindi qarşısındakı borşdan bir-iki qaşıq almışdı, boğazından keçmirdi və midilənirdi.

Boşqabıbir kənara itələdi, başını qaldırıb gah mürgü vuranlara, gah kart oynayanlara,gah da onunla bir stolda çörək yeyən əsgər yoldaşlarına baxdı. Onların bəzilərininüzündə təkəbbür də vardı, özündən razılıq da, mənasız sifətlər də çox idi. Ammabu təkəbbürlüyə, özündənrazılığa baxmayaraq ona elə gəldi ki, Dostoyevski"Alçaldılmış və təhqir olunmuş insanlar"ı onun bu əsgər yoldaşlarınayazıb. Həmin alçaldılmış və təhqir olunmuş insanlardan da biri elə onun özüdü,özündən də iyrəndi. Qalxdı ayağa və hirslə qarşısındakı borş dolu boşqabıgötürüb tulladı həyətin ortasına və bağırdı:

-Bəsdi!

Biranda qaşıq-boşqab davası dayandı, ortalığa bir sükut çökdü, kart oynayanlar da əlsaxladı, bağırtı mürgü vuranları da oyatdı, başlarını tənbəl-tənbəl qaldırdılarvə hamı təəccüblə ona baxdı.

Oisə bir az da bərkdən bağırdı:

-Bəsdi!

Təəccübləona baxan uşaqlar:

- Nədi, ə? Dəliolmusan?

- Nə bəsdi?

- Niyəbağırırsan? Qoy zəhrimarımızı yeyək də!

O bir dahahamını diqqətlə süzdü və dedi:

- Deyirəm bəsdi!Bəsdi bizi bu qədər təhqir elədilər. Bu qədər alçaltdılar!

Kimsə yerdən:

- Ə, yenə nəözündən çıxmısan?! Kimdi bizi təhqir eləyən, bizi alçaldan?

Əlini vurdustola:

- Alçaldılmaq, təhqirolunmaq necə olur?! Biz bura Vətəni müdafiə eləməyə gəlmişik, yoxsa hansısakomandirə villa tikməyə, tualet tikməyə, it damı tikməyə?!

Dədə əsgərlərdənbiri:

- Akademik, buolmadı də, sən yenə başladın? Deyəsən qarın, yağışın altında sitildəyə-sitildəyəsəngərdə oturmaqdan xoşun gəlir. Get otur də, qabağını kəsən var?! Day niyəbağırırsan?

Yaxınlaşdı Dədəninyanına:

- Sən o səngərdəqarın, yağışın altında sitildəyən, yayda bişən uşaqlardan artıq oğlansan?

Dədə:

- Hə, artıqoğlanam ki, burda ağacların kölgəsində mürgü vururam də! Ayrı sözün var?

- Var! Nə sən, nədə bizim heç birimiz o səngərlərdəkilərdən artıq oğlan deyilik. Onları da bizimkimi ana doğub, inək doğmayıb. Mən də heç kimi nə təhqir eləmək istəmirəm, nə dəalçaltmaq. Amma mən də istəmirəm ki, heç kim nə məni, nə də sizi alçaltsın. Sizdə sizi alçaldanlardan əskik kişinin oğlu deyilsiz. Biz bura əsgərlik eləməyə gəlmişik,kimə isə nökərçilik eləməyə, qoyun otarmağa yox.

Kimsə gülübdedi:

- Sevin ki, hələdonuz otartmırlar, mən donuzdan iyrənirəm.

Çiçəyi Burnundaolan əsgərlər susmuşdular, onların böyüklərin söhbətinə qarışmağa nə hüquqlarıvardı, nə də hədləri, gözləyirdilər görsünlər bu söz-söhbətin axırı necəolacaq, kimin xeyrinə qurtaracaq.

Əslində o da çiçəyiburnunda əsgər sayılırdı. Amma həm yaşına, həm də təhsilinə görə dədələr,ağsaqqallar ona hörmət göstərib öz sıralarına almışdılar və"Akademik" deyə müraciət edirdilər.

Ağsaqqallardanbiri qabağındakı boşqabı əli ilə kənara itələyib dedi:

- Ə, Akademikinsözünü niyə qəribçiliyə salırsız?! Kişinin oğlu düz deyir də! Bizi qul kimi işlədirlər,biz də bunu hörmət kimi qəbul edirik, bundan ləzzət alırıq. Hər ay dakomandirin bığının altından keçirik. Nədi, nədi, posta getmirik, səngərdəüşümürük. Nə qalxın deyən var, nə yatın.

Akademik dəstəkaldığından bir az da ürəkləndi:

- Qardaşlar, bizbura Vətəni qorumağa gəlmişik, komandirlərə fəhləlik eləyib gün keçirməyə yox!Evə dönəndə sevdiyiniz qızlara, analarınıza, balaca bacı-qardaşlarınıza nə deyəcəksiz?Nə ilə lovğalancaqsız? Sement qarışdırmağınızla, daş daşımağınızla?! Yoxsaaxşamlar ucuz araqlardan içib şellənməyinizlə? Sizi bilmirəm, mən daha heç kimənökərçilik edən deyiləm. Sizə də məsləhət bilmirəm.

Bu vaxt darvazanınağzında bir maşın dayandı, sonra darvaza açıldı və Batalyon Komandiri girdi həyətə.

Çavuş onu görcəkyerindən dik atıldı və bağırdı:

- Batalyon, düzlən!

(Ardı var)


TƏQVİM / ARXİV