adalet.az header logo
  • Bakı 6°C
  • USD 1.7

Aqil ABBAS: «MƏN DƏ SƏNİN AĞZINA PALÇIQ YAXIM»

AQİL ABBAS
85221 | 2020-08-02 14:00

Müəyyən məqamlarda xatırlayıramvə gülürəm. Ermənilərin son günlər xarici ölkələrdə, xüsusilə Los-Ancelesdə,Belçikada, Rusiyada azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri görəndə və içi mən qarışıq ziyalılarımızın bu məsələyə münasibətinioxuyanda yenə xatırladım,amma bu dəfə gülmədim: «Mən də sənin ağzına palçıq yaxım».

Orta məktəbdə oxuyanda məktəbimizəBakıdan iki qardaş gəldi. Atalarının vəzifəsi ilə əlaqədar Ağdama köçmüşdülər. Qardaşları da bizim məktəbimizdəki rus bölməsinə qoymuşdular. Təbii ki, məktəbdə tez-tez dava düşürdü, söyüşün biri bir qəpik. Söyüş dədavada hücumun bir yaraşığıdı. Buqardaşları küçə söyüşləri ilə söyürdülər,üz-gözləri qızarırdı. Təbii ki, onlarda söyüşə cavab verməliydilər. Söyənlərə hirsli-hirsli baxıb, axırda deyirdilər:

- Mən də sənin ağzına palçıqyaxım.

Bu da onların «var-yox» söyüşü idi.

Biz də gülürdük. Biz tərbiyəsizlərdə bu tərbiyəli qardaşların bu «söyüşünə»gülürdük.

Düzdür ey, sonralar tərbiyələrinipoza bildik.

Tələbə vaxtı Bakıda Yasamalda bir evdə kirayədə qalırdıq. Ev sahibi ağsaqqalvə nurlu bir kişi idi. Oğlu dabiz yaşdaydı. Bir gün gördük ki, həyətdə oğlunu danlayır ki, heç kimlə dalaşma:

- Bax, bala, biri səninatana söymədi, mənə söyür də dinmə. Biri anana söymədi, ay bala, mənim arvadımdı da, dinmə. Biri sənə birşillə vurdu, mənimxətrimə dinmə, bala. İkincişilləni vurdu, ananın xətrinədinmə. Üçüncü şilləni vurdu…

Pauza verdi. Biz də elə bildikdeyəcək ki, ə, it oğlu, sənin əlini pişik yeyib, nə durmusan?..

Amma görün pauzadansonra nə dedi:

- Ə, əlin-ayağın yoxdu,qaç da!

Bunları niyə yazdım?

Ermənilərin təkbətəkdə heçvaxt əli olmayıb. Hətta belə birsöhbət var. Bir azərbaycanlı erməniləridöyür. Ermənilər deyir:

- Ay basurman, yeddi erməninibir dərədə tək görmüsən?

Bəli, təklikdə əlləri yoxdu. Bütünidman yarışlarında bunun şahidiyik - istər güləş olsun, istər boks olsun, istər Şərq döyüş növləri olsun.

Baş verən bütün davalarda ermənilər bizimkiləri ya təkləyiblər , ya da bizimkilərdənon dəfə, iyirmi dəfə çoxdular. Amma baxırıq ki, onlar nə qədərçox olsalar da bizimkilər geri çəkilmir,ölümünə savaşırlar.

İndi gələk mətləbə. Son günlərziyalılar, diplomatik korpuslarınrəhbərləri xaricdə yaşayan həmvətənlərimizəmüraciət edirlər ki, səbrli olun, təmkinliolun, təxribata uymayın və sair və ilaxır.

Mən də istəmirəm Qarabağ savaşını xarici ölkələrdə küçə davaları səviyyəsinəyendirək.

Amma elə deyil. Deməli, ermənilər bizimkiləri döyə bilər, təpik altına sala bilər, amma biz mədəni xalq olduğumuzu göstərmək üçün durub üstümüzüçırpıb yaxamızı düymələməliyik,cavabımız da bu olmalıdır ki:«Biz də sizinağzınıza palçıq yaxaq». Vəermənilər həmin davanı videoya çəkib paylaşıb xalqınıruhlandırmalıdı.

Oxuyuram ki, deyirlər sizdöydüklərinizi videoya çəkib paylaşmayın, Avropa ölkələri biziqınayar.

Millətin gözünüqırmaq lazım deyil. Erməniyəadekvat cavab verilməlidi. Ermənilərxarici ölkələrdə də bizimqolumuzun gücünü görməlidi, özü də artıqlamasıyla.

Gərək ki, ya 94, ya da 95-ci iliydi. Almaniyada neofaşistlərtürklərin yaşadıqları evləri yandırmağabaşladılar, hətta bir neçə türküöldürdülər, türk məktəblərinə hücum etdilər. Almaniya hökuməti etinasız yanaşırdı. Bu vaxt BaşbuğAlparslan Türkeş Almaniyadayaşayan bozqurdlarına, özü dəbirbaşa televiziyadan müraciət etdi: «Bir yanan türk evinə iki alman eviyandırılmalıdı, bir öldürülən türkə ikialman öldürülməlidi, bir türkokuluna olan hücuma ikialman okuluna hücum edilməlidi».

Bozqurdlar nə təhərbaşladılarsa, Almaniyada aləm qarışdı. Türkeşə yalvardılar ki, əmrinidayandırsın və biz həmin neofaşistləri cəzalandıracağıq.Elə də oldu.

O gündən bu günəqədər Almaniyada bir türkə«gözün üstə qaşın var»deyən yoxdur.

İndi mən heç kimi küçədavalarına səsləmirəm. Amma bu o demək deyil ki, ermənilər xarici ölkələrdə bizi döyməlidilər, biz dəonların «ağzına palçıq yaxmalıyıq», yada o ağsaqqalın dediyi kimi götürülüb qaçmalıyıq.

Və xahiş edirəm, mənim fikirlərimi başqa yerə yozmayasız. Heç vaxtdavadan qaçmamışam, bu yaşımda daqaçmaram, heç kimin də davada kiminsə qabağından qaçmağını istəmərəm. Döyülmək də olar, ammakişi kimi döyülərlər, Mirzə Sakitin oğlukimi.


TƏQVİM / ARXİV