adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Aqil ABBAS: «SEVİLƏNLƏR»DƏN MÖHTƏŞƏM TAMAŞA

AQİL ABBAS
68631 | 2018-01-11 10:19

Az.TV-nin ən maraqlılayihələrindən biri olan «Sevilənlər» verilişi hər bazar günü öz sevənlərini yığırekran başına və xalqın sevilən şəxsiyyətlərinin görünən və görünməyən tərəflərini çox ustalıqla tamaşaçılara təqdim edir.

Bazar günü «Sevilənlər»verilişi möhtəşəm bir tamaşa qoydu ortalığa: Vaqif Səmədoğlunun «Yaşıl eynəkli adam» tamaşası iləbağlı tamaşa.

Amma bu dəfə bu tamaşanınrejissoru Azərbaycan televiziyasında öz qeyri-adi rejissorluğu ilə fərqlənən RamizHəsənoğlu iştirakçı rolundaydı. Veriliş «Yaşıl eynəkli adam» tamaşasının 30 illiyinə həsr olunmuşdu. Amma əslində bunaveriliş demək olmazdı, yuxarıda qeyd etdiyim kimi, tamaşa haqqında tamaşaydı.

Bu məşhur tamaşanın aktyorları, operatorları, ümumiyyətlə, bütün yaradıcıheyətin hər bir üzvü bu tamaşada rol oynayırdı. Bu gun aramızda olmayanlar da unudulmamışdı. Özü də sevilən olan aparıcı Nərgiz Cəlilova çox ustalıqla bu tamaşada baş rolun ifaçısı idi. Görkəmli rejissorumuz Ramiz Həsənoğlunu isə bu dəfə Teymur Quliyevəvəzləmişdi. Elə Ramiz məktəbinin yetişdirməsi olan Teymur müəlliminəlayiq bir tamaşa səhnələşdirmişdi. Bəlkə də tamaşa haqqında tamaşa hazırlamaq bir əsərisəhnələşdirməkdən daha çətindi.

Proqramın redaktoruAfaq Vasifqızının redaktorluğu da qibtə olunasıydı.

«Yaşıl eynəkli adam»tamaşasını hazırlayarkən Ramiz Həsənoğlu,aktyorlar və bütün yaradıcı heyət necə böyük bir zəhmətə qatlaşıb, yuxusuz gecələr keçirdikləri kimi «Sevilənlər»in aparıcısı da,rejissoru da, redaktoru da və ümumiyyətlə, yaradıcı heyəti də həmin əziyyətə qatlaşmışdılar.

Bu proqramı araya-ərsəyə gətirənlərə təşəkkür edirik və dahaböyük uğurlar arzulayırıq.

Baxmayanlar üçün!Beşinci gün «Mədəniyyət» kanalında saat19.45-də təkrarını izləyə bilərsiz.

TƏQVİM / ARXİV