adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Aqil ABBAS: ŞUŞA – HƏR OVUC TORPAĞI BİR ŞƏXSİYYƏT YETİRƏN ŞƏHƏR

AQİL ABBAS
49678 | 2021-07-10 10:52

Dostumuz Elvin Hətəmov sosial şəbəkədə Şuşanın Azərbaycana bəxş etdiyi böyük şəxsiyyətlərin adlarını  paylaşıb və  təbii ki, bildiyi adları. Sonda da yazır ki, yaddan çıxanları  əlavə edə bilərsiniz.

Dostum Elvin, yaddan çıxanlar elə sizin paylaşdıqlarınız qədər var.  Elvin Hətəmovun siyahısını  dərc edirik. Siyahıda olmayanların bir neçəsini də mən əlavə edirəm.

- Mehralı xan Cavanşir

- İbrahim xan Cavanşir

- Məmməd bəy Cavanşir Batmanqılınc

- Əhməd bəy Cavanşir

- Həmidə xanım  Cavanşir

- Kərim bəy Mehmandarov

Mehmandarovlar nəsli xalqımıza bir  çox şəxsiyyətlər də verib (30-a yaxın, Bakı Şəhər İcra Hakimiyyətinin  başçısı  Eldar Əzizov da bu nəsildəndir).  Tədqiqatçı Vasif Quliyevin bu nəsil haqqında Azərbaycan və rus dillərində kitabı da nəşr olunub - «Mehmandarovlar».

- Fikrət Əmirov

- Mirzə Camal  Cavanşir

- Məhəmməd ağa Müctehidzadə

- Əfrasiyab Bədəlbəyli

- Fərhad Bədəlbəyli

- Ceyhun Hacıbəyli (Ceyhun Hacıbəylinin nəvəsi, fransanın məşhur cazmeni)

- Cavanşir Məmmədov  (kino-rejissor, Lenin mükafatı laureatı)

- Azad bəy Əmirov

- Yaqub  Quliyev (general)

- Malıbəyli Həmid (Həmid Qurbanov, məşhur tarzən)

- Validə Tutayuk (akademik)

- Səttar Əsədov (akademik)

- Rəfael Hüseynov (məşhur  jurnalist, hazırda Moskvada  yaşayır)

- Məcid Behbudov (məşhur xanəndə və eyni zamanda Kərim ağa Cavanşirin Bayatdakı eşik ağası və Azərbaycana Rəşid Behbudov kimi  bir sənətkarı bəxş etmiş  kişi)

- Behbud bəy Cavanşir (Azərbaycanın ilk daxili işlər naziri)

- Firudin Şuşinski

- Seyid Şuşinski (Horadizdə doğulub, amma əslən şuşalıdı)

- Mehdi Məmmədov (rejissor, aktyor)

P.S. Dostum Elvin, başqa bir  siyahı da  tərtib etmək olar.  Və bu siyahıya Şuşa  kökənli böyük ziyalıları da əlavə etmək olar. Mən siyahıya iki belə şəxs əlavə etmişəm: Fikrət Əmirov,  Fərhad Bədəlbəyli. O cümlədən də deyək ki, Polad Bülbüloğlu və sair və ilaxır.

Bəli, təkcə bir Şuşa şəhərinin bu dünyaya  bəxş etdiyi böyük şəxsiyyətləri  heç bir  çox böyük xalqlar bəxş  etməyib.

Və Möhtərəm Prezident bütün  bunlara  əsaslanıb Şuşanı Azərbaycanın  Mədəniyyət  paytaxtı  elan edib  və bundan sonra da bütün  türk xalqları Şuşanı təkcə Azərbaycanın  mədəniyyət  paytaxtı deyil, türk dünyasının Mədəniyyət paytaxtı kimi  qəbul ediblər.

P.P.S. Tədqiqatçı Vasif Quliyevdən («Günəş» jurnalının və «Şuşa» qəzetinin  baş  redaktoru) daha sanballı  bir siyahı gözləyirik.

TƏQVİM / ARXİV