"Artsax" bağıran II Qaregini Mirzoyan himayə edir:" Revanşist deyil!"

202 | 2025-03-14 13:18

Yəqin ki, bir çoxunuz yeni il bayramı ərəfəsində bütün ermənilərin katolikosu II Qareginin erməniləri təbrik çıxışını və Azərbaycana qarşı revanşist çağırışlarını unutmamısınız.


Katolikos ermənilərə təbrik müraciətində Qarabağ separatçıları ilə bağlı bir sıra təxribatçı fikirlər səsləndirdi: "Artsax" başına gələn fəlakətlər günlərində tək qaldı. "Artsax" xalqı təqiblərə məruz qaldı və evlərini itirdi. "Artsax" bizim üçün heç vaxt keçmişdə qalmayacaq. Biz "Artsax" xalqının hüquqlarını qorumaq üçün hər cür səy göstərərək onu qəlbimizdə və ruhumuzda əziz tutmağa davam edəcəyik".

Bu fikirlərlə rahatlıq əldə edə bilmədiyini görəndə yenidən çıxışını uzadıb və erməniləri əmin etməyə çalışıb ki, "artsax" xalqı öz çətinliklərində tək deyil - onları Ermənistan sakinləri və diaspor dəstəkləyir, onlara dəstək və kömək etməkdə davam edəcəklər”.
Gördüyünüz kimi, "Bütün Ermənilərin Katolikosu" barışa deyil, bütün dünyanı savaşa, özü də işğalçı savasa çağırır. O,dünyanı Ermənistan "ərazilərini azad etmək" və "artsax xalqının" hüquqlarını qorumağa çağırışı ilə bir daha sübut etdi ki, əslində erməni toplumunu qırğına sürükləyir.
Bu eyni zamanda sülh ərəfəsinə qədəm qoyan iki qonşu dövlətin sülh niyyətinə ağır bir zərbə kimi qiymətləndirilə bilərdi.
Amma..
Bu gün Ermənistanın xarici işlər naziri Ararat Mizoyanın açıqlaması düşüncələrimizə bir soyuq duş effekti verir. Mirzoyan , bütün ermənilərin katolikosu II Qaregini revanşist hesab etmədiklərini açıqlayıb:"Biz katolikosu revanşist hesab edirikmi?" Mirzoyan Milli Assambleyanın “Ermənistan” fraksiyasının deputatı Kristine Vardanyanın sualını cavablandırarkən deyib: “Sualınızın cavabı “yox”dur.
Bu açıqlamadan sonra həm insanlıq olaraq, həm dövlət olaraq məqsədi-amalı ancaq terror, müharibə, ixtişaş olan ermənilərin səmimiyyətinə inanmağınız gələcəkmi? Bilmirəm...
Son olaraq, Bütün ermənilərin katolikosu II Qaregin din xadimi olduğu halda hər zaman sülhə qarşı olub. 2020-ci ilin noyabrında Ermənistan səlahiyyətlilərini Qarabağla bağlı qəbul edilmiş üçtərəfli bəyanatın ermənilərin ruhunu sarsıtdığını demişdi.

 Əntiqə Rəşid

TƏQVİM / ARXİV