Hesablama Palatası Turizm Agentliyində yoxlamalara başladı

246 | 2025-03-14 17:38

Hesablama Palatası Dövlət Turizm Agentliyində yoxlamalar aparır.

Adalet.az apa-ya istinadən xəbər verir ki, artıq bir müddətdir yoxlamalara başlanılıb.

Hesablama Palatasından məlumat təsdiqlənib.

Bildirilib ki, Hesablama Palatasının 6 dekabr 2024-cü il tarixli Kollegiya qərarı ilə təsdiq edilmiş 2025-ci il üçün iş planına əsasən, cari ilin yanvar ayından başlayaraq Dövlət Turizm Agentliyində dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının auditi keçirilir və “Hesablama Palatası haqqında” Qanunun 22-ci maddəsinə uyğun olaraq hazırda audit prosesi davam edir.

TƏQVİM / ARXİV