9-cu sinif şagirdini qaçıran 31 yaşlı şəxs SAXLANILDI

78 | 2025-03-14 19:31

Goranboyda qaçırılan 9-cu sinif şagirdi tapılaraq ailəsinə təhvil verilib. 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inpektoru, polis mayoru Eşqin Qasımov Adalet.az-a bildirib ki, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Z.B-nin yeri müəyyən edilərək ailəsinə təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb, 31 yaşlı O. Hüseynzadə saxlanılaraq istintaqa təhvil verilib.

TƏQVİM / ARXİV