İŞİD-in Suriya və İraqdakı lideri öldürüldü

274 | 2025-03-14 19:32

İŞİD-in Suriya və İraqdakı lideri öldürülüb.

Adalet.az xəbər verir ki, bu barədə İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani bildirib.

Onun sözlərinə görə, İŞİD terror qruplaşmasının İraq və Suriyadakı lideri Əbu Xədicə kimi tanınan Abdullah Maki Musleh əl-Rifai öldürülüb.

Əməliyyatı İraq təhlükəsizlik qüvvələri ABŞ-ın rəhbərlik etdiyi koalisiya ilə birgə həyata keçirib.

TƏQVİM / ARXİV