"Görəlim Mevlam neylər
Neylərsə güzəl eylər”
Yunis Əmrə
Ermənilər yenə azdırıldılar!
Acından ölən, virus qarşısında aciz qalıb vətəndaşlarını qoruya bilməyən bu xalqın qabaqda gedənləri niyə belə azğınlaşdılar?
Bu sual insanı tarixin dərinliklərinə aparır və tarixi olayları götür-qoy edəndə görürsən ki, bunlar tarix boyu müəyyən qüvvələrin maşası olublar. Levon Panos Dabağyan adlı erməni yazıçı bir əsərində bunları yazıb: "Əgər türklər olmasaydı, erməni adı bu gün yalnızca tarixin səhifələrində qalardı".
Əmir Teymur, Səlcuq və Osmanlı imperiyaları bu satqın xalqa sahib çıxdı, ancaq bu axmaq bədbəxtlər fürsət tapan kimi türkü arxasından xəncərlədilər. Osmanlı dövlətinə qarşı üsyan etdiklərində onlara fit verənlər Amerikan provaslavları, ingilislər, fransızlar və ruslardı.
Kəndimiz Arazın düz tinindəydi və 1960-cı illərə kimi xüsusilə üzbəüz yerləşən Qarxun kəndinin xalqı Araz sahilinə enir, su içir dincəlirdi. Bəzən onların səslərini səhər çağları da eşidirdik. Sonralar o səslər itib-batdı. Böyüklərimiz deyirdi ki, Azərbaycan Türklərini o dədə-baba yerlərindən çıxarıblar. Uşaq ağlımla həmişə fikirləşirdim ki, ermənilərin o torpaqlarda məskunlaşdırılmasının və oraların əsl yiyələrinin doğma yurdlarından çıxarılmalarının əsas səbəbi nədir? Lisey sıralarından başlayaraq bu məsələsinin səbəbini axtarmağa başladım. Tələbəlik illərində isə sualın cavabı mənə aydın oldu. Bəli bu problemin özülü Pyotr zamanında qoyulub.
1988-ci ildə mənim təkidimlə Gümrüdən keçib Azərbaycana qonaq gəldiyimizdə birçox şeyi daha yaxşı gördüm və başa düşdüm.
Həmişə fikirləşirdim ki, ruslar bunları niyə məsələn, Türküstan torpaqlarına və ya Sibir bölgəsinə, Qafqazın ayrı yerinə, məhz Azərbaycan olacaqdırsa, nəyə görə Qax, Zaqatala, Şəki, Balakən və ya Lənkəran, Masallı, Lerik bölgələrinə yox, xüsusilə Türkiyə ilə sərhəd bölgələrə yerləşdiriblər. Məsələn, Zəngəzur koridoru o qədər də münbit deyil, ancaq nəyə görə bura Azərbaycandan zorla qəsb edilib ermənilərə bağışlanıb. Deməli, Zəngəzur koridorunun Azərbaycandan alınıb ermənilərə bağışlanması yalnızca bəsit bir hadisə deyildir. Tarix də bu sualın cavabının XVIII əsrdə olduğunu qeyd edib. I Pyotr, "Ruslar Hind okeanına, isti dənizlərə, Aralıq dənizinə enməli, İstanbulu tutmalıdır. İstanbulu tuta bilməyən rus özünü həmişə səksəkədə hiss etməlidir!"- deyə vəsiyyət edib. Deməli, bizim qarşımızda özülü üç əsr öncədən qoyulmuş və tarix boyu addım-addım həyata keçirilən bir düşmənin planı var. Erməniləri azdıran da deməli, bu planı düzüb-qoşanların varisləridir.
Gələk Zəngəzur koridoruna. Bu koridor İranın şimalından qüzey İraqa, qüzey Suriyaya oradan da Ağdənizə (Aralıq Dənizi) çatır. 1960-cı illərdən sonra Şahın "Ağ inqilab" nəzəriyyəsi ilə İranın şimal bölgələrinə, xüsusilə, kürdçülüyü dəstəkləyən kürdlərin məskunlaşdırılması başda İngiltərə olmaqla qərbi imperialistlərin planıdır. Şahın atasını da minbaşı rütbəsindəykən çıxarıb şahlıq taxtında əyləşdirənlər də ingilislərdir. Urmiya və Sulduzdan başlayan xəttin Zəngəzur koridoruna sarı uzanması uzun illər üzərində düşünülmüş və həyata keçirilmiş həmin planın bir parçasıdır. Bu planın yeganə məqsədi də Türkiyə ilə Qafqazın və Asiya Türklüyünün arasını erməni və kürdçü koridorla kəsməkdir.
Kürdçülük uğrunda hər cür terroru həyata keçirən PKK/PYD/YPG terror təşkilatı içində qeyri-kürd, erməni və müxtəlif xristian ölkələrinə mənsub terrorçuların olması, bu təşkilatı başda ABŞ olmaqla qərb ölkələrinin və Rusiyanın dəstəkləməsi qarşımızda nə böyük bir düşmənin olduğunu açıq şəkildə göstərir. Putinin ermənilərin bir tədbirində "Böyük Pyotr sizlərə bir vətən yaradılmasını, dövlət qurulmasını buyurmuşdu, biz onu gerçəkləşdirdik" deməsi rusların gerçək niyyətini bürüzə vermiş və irəli sürdüyümüz bu fikri təsdiqləmişdir.
Azərbaycan torpaqlarının Gülüstan və Türkmənçayda bölünməsi, sonra Dərbənd, Göyçə, Dilican, Zəngəzur bölgələrinin zorla alınıb ermənilərə bağışlanmasını ruslar həyata keçirmişdir. Azərbaycanın başına bu bəlanı açan rus siyasətidir. Hər bir azərbaycanlı bunu yaxşı bilməli və bu dövlətin böyükləri də müqəddəs dövlətimizin gələcəyini buna görə təyin etməli, tarixi zərurətlərin tələb etdiyi siyasəti mənimsəməlidir.
Bəli, ürəyimizə, ruhumuza köz düşmüşdür, hərbçilərimiz, dinc vətəndaşlarımız rusun dəstəklədiyi ermənilərin əliylə şəhid düşmüşdür. Ermənilər o torpaqlarda qaldığı müddətcə Azərbaycanın başı bəladan xilas olmayacaqdı. Bu axmaq və maşa olan xalq birdəfəlik bu torpaqlardan sürülməlidir, vəssalam! Mənim fikrimə görə, gələcək nəsillərin taleyi bu siyasət üstündə tənzimlənməlidir.
Məsələ dönüb, dolanıb tülkü ilə xəzçi dükanı məsələsinə çatır. Biz Türk milləti olaraq dünyanın ən müasir texnologiyasını ixtira etməsək və qəddar imperialistlər bizim gücümüz qarşısında əsim-əsim əsməsələr bu bəlalara həmişə tuş gələcəyik, şəhidlər verəcəyik. Türkiyə 1970-ci illərdən bəridir terrorla mübarizə yeritdi, yeridir. Axırda öz texnologiyasını ixtira edərək imperialistlərin maşasına çevrilmiş terror təşkilatına zərbə üstünə zərbə endirir. Artıq terrorçular gizlənəcək siçan deşiyi axtarırlar. Ulu Öndər Atatürk, "İstiqbal göylərdədir" sözünü elə-belə söyləməmişdir. Şəhidlərimiz olur, olacaqdır da. Onların qanları torpaqlarımızı suvaran İlahi missiyalı müqəddəs nur bulaqlarıdır. Torpaq elə-belə Vətən olmur.
Hər bir azərbaycanlı ayıq olmalı və düşmənin dəyirmanına su tökəcək provakasiyalara emosiyaya qapılıb üz tutmamalıdır.
Azərbaycana gəncliyinə, tələbələrimə tövsiyəm: Gedin Şəhidlər Xiyabanından piyada olaraq üzü funikulyor tərəfə olan pilləkənlərə sarı düşəndə orda bir abidə görəcəksiniz. Okeanın sahilindən durub Bakıya gələn və burada babalarımız tərəfindən cəhənnəmə vasil edilənlərin xatirəsinə ucaldılmış o abidəyə baxın, açın tariximizi oxuyun və dərin-dərin fikrə gedin, niyələrin, nədənlərin cavabını özünüz tapın, müqəddəs Azərbaycan dövlətinə, onun müqəddəs vətəninə, müqəddəs bayrağına layiqli övladlar olun.
Ankara, altaylı[email protected]


Bakı -°C
