adalet.az header logo
  • Bakı -°C

Azərbaycan və Özbəkistan hava hücumundan müdafiəni gücləndirir

105 | 2026-05-13 20:00
A- A+

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında imzalanmış 2026-cı il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, bu ölkənin Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin (HHQ) nümayəndə heyəti ölkəmizə səfər edib. 

Adaet.az xəbər verir ki, HHQ-də keçirilən görüşdə ölkələrimiz arasında digər sahələrdə olduğu kimi, hərbi aviasiya və hava hücumundan müdafiə üzrə əməkdaşlıqların da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. 

Tərəflər, həmçinin Azərbaycan-Özbəkistan hərbi əməkdaşlığının cari vəziyyəti, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıblar.

Qeyd edək ki, səfərin başlıca məqsədi hər iki ölkənin HHQ-ləri arasındakı əməkdaşlığın inkişaf etdirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.

  • May:
  • 1
  • 8

TƏQVİM / ARXİV