adalet.az header logo
  • Bakı -°C

Azərbaycanın 7 karateçisi Avropa çempionu oldu

119 | 2026-05-13 19:33
A- A+

Azərbaycan karateçiləri Rumıniyanın Sfıntu-George şəhərində keçirilən fudokan üzrə Avropa çempionatında 9 medal qazanıblar.

Karate Federasiyasından Adalet.az-a verilən məlumata görə, Babək Qələmzadə fərdi kumite üzrə böyüklər arasında mütləq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qitə çempionu olub.

Elmir Kazımzadə (10-11 yaş, 40 kiloqram), Qorxmaz Səfərli (14-15 yaş, 65 kiloqram), Rəvan Şirinov (16-17 yaş, 65 kiloqram), Elton Əliyev (16-17 yaş, 75 kiloqram), Mehdi Abdullayev (16-17 yaş, +75 kiloqram) və Tahir Ələkbərov (U-21, +75 kiloqram) öz kateqoriyalarında birinci yeri tutublar.

Əli Hacıyev (U-21, 75 kiloqram) gümüş, Ayxan Pirquluyev (16-17 yaş, 65 kiloqram) isə bürünc mükafata sahib çıxıb.

Qeyd edək ki, Avropa çempionatında 22 ölkədən ümumilikdə 985 idmançı iştirak edib.

  • May:
  • 1
  • 8

TƏQVİM / ARXİV