Bir millət vəkili və keçmiş nazir polis idarəsinə aparılıblar! -İradə Tuncay yazır

İRADƏ TUNCAY
5487 | 2023-08-03 11:49

İndiki post deyil yəni. İndi ölkə daxilində gəzmək olmur heç

Turist olan, hələ üstəlik ekskursiyaya gedən bilir bu nə əziyyətdi... Təbii ki, gözün gözəllik görmək istəyirsə məşəqqətə də dözməlidi. Burda hər şey qaçaraq olur- mənzərələrə baxmaq, muzeyə girmək, yemək yemək, hətta tualetə getmək də... Çünki hansısa kilsədə hansısa saatın zəngin qaçrıa bilərsən,hansısa qəsrdə növbəyə gecikə bilərsən, hansısa katerə minə bilməzsən və sairə... Nəysə səhər Strasburqda bunların NotrDamının həyətində oturub çay içirik. Beş azerbaycanlı. Dedim kruasan da yeyek heç olmasa ac qalmayaq. Kafelər də yanbayandı. Bizə çay gətirən qarson dedi ki, yoxdur. Yanındakı kafedə görürəm ki var. Məşədi getdi qadınlarçün aldı ordan gətirdi. Elə çaynan içmək istəyirdik ki, gəldilər olmaz yemək. (faşist köpəyuşağı) Bizim kafenin kruasanı deyil. Əvvəl dayandıq bir az... Sonra dedim a yeyin getsin. Neyləyəcəklər ki, bizə? Polis idarəsinə aparacaqlar? Aparsalar konsulluğa zəng edərik. Bir millət vəkili və keçmiş nazir polis idarəsinə aparılıblar! Nə üstə? Kruasan yemək üstə?! Manşetleri fikirləşdimee. Yedik, amma altdan- altdan... Tutulmadıq....

  • Oktyabr:
  • 25

TƏQVİM / ARXİV