adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Bir nömrəli həkim… - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
1491 | 2023-02-24 11:37

Bu fikirləri biz tez- tez ya Xoşqədəm Hidayətqızının, ya da ki, Zaur Baxışəliyevin dilindən eşidirik. Eşidirik ki, filan xəstəxananın ginekoloqu, pxsioloqu,nevropatoloqu bir nomrədir. Hələ bu da hamısı deyil. Bir nömrəli hüquqşünas, bir nömrəli vəkil və bir nömrəli psixo-terapevt fikirlərini də onlar tez- tez səsləndirirlər. Bunu kim müəyyən edib, necə müəyyən edib bilmək olmur?!

Camaat da həmin “bir nömrəli” həkimlərin reklamına inanıb, o həkimlərin qəbuluna gedirlər. Çoxları görür ki, heç də deyilənlərlə şahid olduqları bir- birini tamamlamır. Məsələn, özəl klinikaların birinda çalışan Vüsal Mahmudovun qəbuluna reklam olunmamışdan öncə tək-tük xəstə gedirdi. Ancaq Zaur Baxışəliyev onu reklam edəndən sonra bu həkimin qəbuluna düşmək üçün növbə tutmalısan. Həkim qəbulu da 50 manatdır. Bir dəfə xanımımı onun yanına apardım, ayaqları ilə bağlı problemini dedik, o da başdangetdi bir resept yazdı. Onun da heç bir təsiri olmadı. Hər hansı həkim gün ərzində ən yaxşı halda 5-6 xəstə qəbul edə bilər. Çünki müayinənin özü və xəstə ilə söhbət yarım saatdan az olmur. V. Mahmudov isə qəbul etdiyi xəstələrə cəmi 2-3 dəqiqə, maksimum 5 dəqiqə vaxt ayırır. Təbii ki, belə olanda heç o qəbuldan, biz müalicədən danışmırıq ha, xəstə də razı qalmır.

Artıq həkimləri reklam edən o verlişlərə xəstəxanalardan çox ayrı- ayrı həkimlər sponsorluq edirlər. Camaatdan yığdıqları pulu reklama verir və onun 10 qat xeyrini görürlər. Arada əziyyət çəkən isə reklam olunan həkimlərin qəbuluna düşmək üçün vaxt itirən və pul sərf edən pasiyentlər olur.Tanınmış həkim Rəşid Mahmudov da bu məslələrlə bağlı öz obyektiv fikirlərini səsləndirib. O deyib ki, heç bir şəxs və televiziya aparıcısı həkimin bir nömrəli olub- olmadığını müəyyənləşdirə bilməz. Bunu ən yaxşı halda uzun illərin təcrübəsinə malik olan mütəxəsislər aydınlaşdıra bilərlər. Ona görə də camaat dağa- daşa düşüb televizyalarda reklam olunan həkimləri axtarmasınlar.
Dünyanın heç yerində nə həkimlər, nə də müxtəlif dərman pereparatları reklam olunmur. Bu, müvcud qanunlara zidd addımdır. Çox təəssüf ki, televizya kanalları böyük məbləğdə pul qazanmaq üçün bu reklama gedir və insanları çətin vəziyyətə salırlar. Hələ də sovet dövründən qalmış bir ənənə insanların yaddaşından silinməyib. Onlar elə bilirlər ki, televizyada nə desələr, insanların xeyrinədir.

Azərbaycanda çox gözəl, savadlı və dünya səviyyəsində tanınan həkimlər var. Amma onların heç biri reklam olunmurlar. Çünki bu həkimləri tanıyan insanlar onlarla əlaqə qurur və xeyrini də görürlər. Mən bir həkim tanıyıram. Tanış dostum Türkiyədə müalicə oluna bilmədi, amma o həkim mənim dostumu müalicə etdi. Dedim ki, həkim, sizdən bir yazı hazırlayım. Dedi ki, lazım deyil. Onsuz da mənim kifayət qədər xəstəm var. Bax, əsl həqiqət budur.

Ona görə də insanlar televizyalardakı həkimlərlə bağlı reklamlara bir o qədər də inanmamalıdırlar. Ən azından ona görə ki, o həkimlər xəstələri yüksək qiymətə müayinə və müalicə edir. Və üstəlik də bir çox halda o müalicələrin müsbət nəticəsi də olmur. Bir sözlə, gözünüzü açın ətrafınıza yaxşı- yaxşı baxın. Görün kimlər sizi aldadır və kimlər də sizi çətin vəziyyətdən çıxarır?!


 

TƏQVİM / ARXİV