Bizim polisimiz bizi qoruyur! - Aydın Can yazır

AYDIN CANIYEV
147208 | 2020-07-31 12:22

Əziz və möhtərəm,  hörmətli və möhtəşəm, sevimli və gözəl dostlarım - oxucularım!

Beynəlxalq dostluq gününüz mübarək!

Dost olaraq Sizi təbrik edirəm və sevindirmək istəyirəm:

hörmətli daxili işlər nazirimiz general-polkovnik cənab Vilayət Eyvazovun şəxsən nəzarətə aldığı ərizəm üzrə "kibercinayətkar"ın axtarışı və tapılıb üzə çıxarılması ilə bağlı bu gün İctimai Təhlükəsizlik İdarəsinə dəvət olundum.

Birmənalı şəkildə... polis işçisi deyil!

Az vaxtda yaxalanıb gətiriləcək bu hüştürüm-şantajist-kibertullantı! İndi isə bu günün mükafatı olaraq deyim: həmişə belə presedentlər olanda daha bir neçə ləyaqətli və mərd polis əməkdaşını tanımış oluram: keçən dəfə Bakı Şəhər Baş Polis İdarəsindən polkovniklər Nazim İsmayılov, Yasin Mikayıllı, Azər Abdullayev, Yasamal 28-ci PB-dən rəis müavini Etibar müəllim, bu dəfə DİN İctimai Təhlükəsizlik İdarəsindən polkovnik Hamlet Hümmətəliyev, polkovnik-leytenant Hikmət Quliyev...

Belə ləyaqətli insanları tanımaq özü əminlikdir, hədiyyədir, mükafatdır!

Jurnalist olaraq heç harda işləməsəm də, evim-işim olmasa da, bu gün də vətəndən küsməməyə belə ləyaqətli və mübariz insanların varlığı stimuldur!

Özümü "möhtərəm və möhtəşəm Aydın Can" olaraq təqdim etməyə ehtiyac olmadı - adamlar ölkəni və adamlarını, jurnalistlərini gözəl tanıyır, kimin dövlətə, vətənə, xalqa xidmət etdiyini, kimin də "kim"ə (qardaşyana və "qardaş"yanə) xidmət etdiyini gözəl bilir!

Eşq olsun!

Demişəm, yenə deyirəm: vətəndaşın təhlükəsizliyini təmin etmək və ictimai asayişi qorumaq baxımından polisdən həmişə arxayın olmaq olar, illah da ki, əgər kimsə sənin ailə həyatına burun soxubsa, qüruruna toxunubsa, səni namus qatili və qurbanı etməyə məcbur edirsə, aman olmayacaq!
Doğrudan, istisna hallar istisna olmaqla, əmin olun, bizim polisimiz bizi qoruyur!

İKİNCİ ŞAD XƏBƏR:

Nə təhər qaza gəldimsə şanlı polisimizin dəstəyindən, bumeranq.tv.-də 1 saat təxminən "Nobel nitqi" səviyyəsində MƏTBUATDA Azərbaycan-Ermənistan, Azərbaycan-Rusiya, Azərbaycan-DÜNYA və azərbaycanlıların azərbaycanlılara münasibəti üstündə çıxış yapdım!

Deyilənə görə, "telegeniçni" olmasam da, emosionallığımı tarazlamağı bacarmasam da, əməlli-başlı ağıllı çıxış alınıb! 

sabah baxa bilərsiniz!

dostluq günümüz mübarək, sevincli günlərimiz əskik olmasın!

amin!

TƏQVİM / ARXİV