Çox hörmətli Asif Cahangirovun 75 yaşına
Öncədən deyim ki, onun barəsində 2020-ci ilin 27 sentyabrından əvvəl yazı yazmaq mənim üçün daha asan olardı. Çünki o vaxta qədər barəsində indi düşündüklərimi, şahidi olduqlarımı kağıza köçürdüyüm MÜƏLLİMİ qiyabi tanıyır, uzaqdan-uzağa bir həmyerli kimi izləyir, barəsində oxuyub eşitdiklərimlə qürurlanmaqla kifayətlənirdim! Bu qürur da məhz onun həmyerlim və bir də həqiqətən MÜƏLLİM - ziyalı olması ilə bağlı idi...
Bu gün Azərbaycanın ictimai həyatında kifayət qədər özünü, yerini və nüfuzunu təsdiqləmiş maarif-təhsil fədailərindən biri də Asif Cahangirovdu. Asif müəllim haqqında yazmaq qərarımı içimdə təsdiqləyəndə ilk öncə onun şəxsiyyətini tamamlayan səmimiyyətini gözümün önünə gətirdim. Bu da səbəbsiz deyildi. Necə deyərlər, görüb və həm də iştirakçısı olduğum həyat gerçəkliyi bunu mənə xatırlatdı...
Leksikonumuzda belə bir ifadə var, Ululardan gələn həmin ifadə belədir:
- Bir nəfərdən soruşurlar: - Qardaşın necə adamdı?
Həmin adam tərəddüd etmədən birbaşa cavab verir:
- Deyə bilmərəm, çünki yol yoldaşı olmamışam!
Zənnimcə, dəyərli oxucum, artıq mənim nəyə işarə etdiyimi anladı... Bəli, mənə Asif müəllimlə yol yoldaşı olmaq xoşbəxtliyi NƏSİB olub!!! Özü də bu yol MÜQƏDDƏS ÜNVANA , yəni QARABAĞA, cənab prezidentin, Ali Baş Komandanın CƏNNƏT adlandırdığı TUĞ kəndinə aparıb bizi!
Deməli, Qarabağın Xocavənd ray
onunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə bu bölgənin bir qrup ziyalısının səfəri çərçivəsində biz Bakıdan Prezident Administrasiyasının təşkil etdiyi görüşə avtobus karvanında birlikdə getdik... Həmin tarixi gün hamımızın ömür kitabına və yaddaşına yazıldı... Əvvəldə dediyim kimi, Asif müəllimlə olan qiyabi tanışlıq məhz həmin gün professor, tibb elmləri doktoru, həkim, ən əsası isə coşqu dolu ürək sahibi olan dostum Mübariz Əliyevin yol boyu yaratdığı canlı və isti mühitlə əyaniləşdi... Mən özümü doğmaların arasında gördüm... Edilən söhbətlər, xatırlanan hadisələr və adamlar... Təbii ki, Tuğun keçmişi və 30 ilin həsrəti... Və nəhayət bu QAYIDIŞ!! Üstəlik də bu Qayıdışın pık ANI - Hadrutda və Tuğda cənab prezidentlə üz-üzə görüş, söhbət və gəzinti!!!
Bu gün də əlimi ürəyimin üstünə qoyub Allahın və Vicdanımın qarşısında sözün bütün mənalarında deyirəm ki, Həmin GÜN MƏN YENİDƏN DOĞULDUM!!! Və yenidən doğma kəndimi, CƏNNƏT olan TUĞU övlad kimi hər halı ilə sevdim!
Elə indi də həmin səfəri, orada edilən söhbətləri , lentə köçürülmüş şəkilləri xatırladıqca Asif müəllimin Qarabağla, Tuğla bağlı ölkə rəhbərinə söylədiklərini, həmçinin təkliflərini yaddaşımda təzələyirəm. Çox peşəkarlıqla, ağsaqqal təcrübəsi ilə öz fikirlərini çatdıran Asif müəllim təkcə keçmişdən, tarixdən deyil , həm də Hadrutun, Tuğun bu günündən, sabahından da danışmaqla bu ərazinin perspektivlərini qabardırdı... Bax, bu mənim üçün Asif müəllimin dövlət və xalq adamı obrazının bir çaları idi. Yəni Asif müəllim olmuşları xatırlatmaqla, edilməli olanları da məqamdan istifadə edib prezidentə çatdırmağı özünə bir vətəndaş, bir övlad borcu bildiyini gizlətmədi... Ona görə də bu anların şahidi olanlar bir az da özlərini toparladılar ... Asif müəllimin verdiyi impuls bizim də dilimizi "açdı"...
Səfərdən qayıdarkən (elə gedəndə də - Ə.M.) yemək zamanı Asif müəllimin məclis əhli olduğunun da şahidinə çevrildim. Yəni, Asif müəllim ağsaqqal rəhbərliyini buradakı hər kəsə incə ştrixlərlə ötürürdü... Ona görə də hər birimizin yaşadığımız xoşbəxt anların yaratdığı müsbət emosiya bu məclisdə ölçülərin pozulmasına səbəb olmadı...
Edilən söhbətlər, zarafatlar, hətta lətifələr belə hər birimizin könlünü oxşadı... Mən o gündən başlayaraq həyatımın Asif Cahangirovunu kəşf etdim!
İndi Asif müəllimin 75 yaşı ilə bağlı bu yazını sizə təqdim edəndə mövzuya bu qədər uzaqdan başladığım üçün yəqin ki, məni qınamazsınız! Çünki məhz həmin səfərdə mən həmkəndlimi, Qarabağlı aydınımı, MÜƏLLİMİ yaxından tanıdım! Onun hər kəsə məlum olan fəaliyyət və xidmətlərindən başqa bir ŞƏXSİYYƏT kimi iç dünyasını gördüm! Bildim ki, Asif Cahangirov layiq görüldüyü bütün titulları ilə, çalışdığı vəzifələri ilə yanaşı, həm də MÜƏLLİMDİ!!! Təhsilin, maarifin, məktəbin, sinfin və bunları özündə birləşdirib sabahımıza çevrilən ŞAGİRDİN MÜƏLLİMİ!
Mən, artıq soruşan olsa Asif müəllimin kimliyini tərəddüd etmədən deyə bilərəm! İndi isə onu ömrün 75-ci ili münasibəti ilə təbrik edir, can sağlığı və özünün ürəyincə olanları ona Allahdan diləyirəm! Və sonda demək istəyirəm ki, Asif müəllim, sözümüz sözdü! Mən öz yükümü unutmuram... Görüş yeri yadımdadı... Zaman seçimi Sizdən asılıdı...
Və bir daha TƏBRİKLƏR!! Və bir daha CƏNNƏT TUĞDA görüşmək arzusu ilə ...