Daha deyin müavinət vermirik də - Vuqar Abbasov yazır

VÜQAR ABBASOV
6132 | 2022-11-28 22:07

Deyir bir azərbaycanlı, bir gürcü, bir rus təyyarədə gedirlər. Birdən stüardessa deyir ki, təcili hamıya paraşüt paylamalıyıq. Hamıya paraşüt paylayırlar, gəlib çatırlar bizim qəhrəmanlara. Stüardessa deyir ki, cəmi iki paraşüt qalıb, hərənizə bir sual verəcəm, kim cavab verməsə paraşütsüz qalacaq. Gürcüdən soruşur ki, Gürcüstanın paytaxtı haradır? Gürcü cavab verir. Rusdan Rusiyanın paytaxtını soruşur, rus cavab verir. Azərbaycanlıya çatanda soruşur ki, Cibutinin paytaxtı haradır? Azərbaycanlı bir qədər baxıb deyir:

- Daha denən paraşüt vermirəm də.

İndicə oxudum ki, məmləkətdə beşdən çox uşağı təkbaşına böyüdən atalara müavinət veriləcək, bu lətifə yadıma düşdü. Daha deyin müavinət vermirik də

TƏQVİM / ARXİV