adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

DOĞRULAR, ƏYRİLƏR - 2 - Seyfəddin Altaylı yazır

SEYFƏDDİN ALTAYLI
131140 | 2020-08-07 16:34

"Səmimiyyətin dili yoxdur,o gözlərdən başa düşülər”

Mustafa Kamal Atatürk

(Əvvəli burada)


Ayasofiya ibadətə açıldı, ancaqmübahisələr qurtarmadı.

İstanbul 1453-cü ildə Fateh tərəfindənələ keçirildiyində Ayasofiya kilsəsi came edilmişdi.

Qərblilər tarix boyu etdiklərinigörmürlər, yəni atalar demişkən, "öz gözündəki karanı görmür, özgəsiningözündəki tükü seçirlər".

Əlcəzairdə 1612-ci ildə tikilənKəçova camesi fransızlar ölkəni işğal etdikdən sonra onu kilsəyə döndərib adınıSt. Philippə kilisəsi qoydular. Ona yaxın bütün camelər dağıdıldı və 4 onlardaibadət halında olan 4 min müsəlman qətlə yetirildi. Həmin came 1830-cu ildən1962-ci ilə kimi Katolik kilsəsi oldu. Kəçova ancaq Əlcəzayir 1962-ci ildə müstəqilolandan sonra təkrar came oldu.

Ruslar Krımı işğal etdiklərində yüzlərlə cameni dağıtdılar vəsadəcə olaraq, üç dənəsi buraxıldı.

Yunanıstanın paytaxtında bir dənədə came buraxılmayıb. Afinada Osmanlıdan qalma iki came də bu gün müzeydir. QərbiTrakyadakı türklər isə yunan zülmü altında nalə çəkir.

Müsəlmanların Əndülüsdənçıxarıldıqdan sonra Kurtuba Ulu Camesi başta getmək şərtilə bütün camelər kilsəedilmişdir. Üstəlik, Kurtuba camesi katedrala çevrildikdən sonra böyük ayin təşkiledilmiş və müsəlmanların ora daxil olmasına icazə verilməmişdir. Granada,Valencia, Toledo, Malaqa və digər şəhərlərdəki camelər dağıdılmış,dağıdılmayanlar da kilsə edilmişdir.

Gələk bu günə:

Rusların yardımı demirəm,birbaşa onların əliylə işğal edilən Qarabağ torpaqlarındakı cameləri bugün ermənilərdonuzxanaya döndərib. Bu gün Şuşa Cümə məçidi, Ağdam camesində və digərlərindəmal və donuz saxlanılır.

Ayasofiya üçün ağlayan və bizimkimi bir Allaha inanan xristianlar dindaşları ermənilərin əməlini görmür?! Oxucularım bağışlasın bunlarınüzünə tüpürməyə insanın heyfi gəlir...

Gələk Anadoluda yaranan əhvalatlara.

I Dünya Müharibəsi sonrasında30 Oktyabr 1918-ci ildə Antanta dövlətləri Osmanlı ilə Mondros sazişiniimzalamışdır. Bu saziş Osmanlı dövlətinə həyat verən bütün damarları kəsməyi məqsədgötürmüşdür, yəni Türklüyün məhvini.

Həmin sazişin bir neçə maddəsinəbaxaq:

"Boğazlar tamamilə Antantadövlətləri tərəfindən işğal ediləcək; Osmanlı dənizlərindəki, minalarlatopların yerləri onlara göstərilərək tamamilə ləğv ediləcək; hərbi gəmiləronlara təhvil verilərək bu dövlətlərin nəzarəti altında saxlanacaqdı; dəmiryolları və ticarət onların əlinə buraxılacaqdı, nəzarət də onların olacaqdı;kömür, dizəl və motor yağı kimi maddələr xaricə satılmayacaq; ordu silahlarınıburaxıb dağıdılacaqdı."

Bunlar olmuş və ölkə dörd tərəfdənişğal edilmişdir.

İngilislər 16 Mart 1920-ci iltarixində İstanbulu işğal etdilər və bu işğal 1923-cü ilin axırına kimi davametmişdir. Onlar bir ara Ayasofiyaya zəng taxıb kilsəyə döndərmək istəsələr dəTürk ictimaiyyəti və Hindistan müsəlmanlarının təzyiqindən ehtiyat edib buna üztutmamışdır. İşğal zamanında Atatürk milləti və vətəni xilas etmək üçün,"Gəldikləri kimi gedəcəklər" - deyərək İstiqlal Müharibəsinibaşlatdı, millətə də "Vətən bölünməz bir bütündür; xətti müdafiə yoxdur, səthimüdafiə vardır, o səth də bütöv vətəndir" şüarıyla səslənərək döyüşmeydanına atılmışdır.

Silahdaşlarıyla birlikdə illərləmübarizə yeridərək İstiqlal Müharibəsində qələbə çalmış, Türkiyə Cümhuriyyətiniqurduqdan sonra darmadağın edilmiş 13 milyon əhaliyə malik ölkəni bu vəziyyətdəntezliklə xilas etməyin və bütün dünyanın qəbul edəcəyi çağdaş düşüncəli birdövlətə çevirməyin ideyasını həyata keçirmişdir.

Öncəliklə də xalqa mənəvi güc bəxşedəcək mədəni fəaliyyətlərdən, yolların təmirindən, iqtisadiyyatın gücləndirilməsitədbirlərindən başlamışdır. Anadolunun hər bir küncündə Sümər, Hitit, Frigya,Lidiya, İon, Roma və s. mədəniyyətlərə məxsus əsərlərin arxeoloji qazıntılarlaçıxarılmasını və muzeylər yaradılaraq onlarda müxtəlif mədəniyyətlərə məxsuseksponatların açılmasını tapşırmışdır. Türk Tarix Qurumunu yaradaraq bu yoldaaxtarışlar və milli tariximiz haqda tədqiqatlar aparılmasının vacibliyinivurğulamışdır.

7 sentyabr 1929-cu il tarixində

Sultanəhməd camesinin restavrasiyasınınvəziyyətini görmək üçün ora gedən Atatürk Ayasofiyanı da gəzdiyində məscidinxarabaya dönmüş halını gördükdə idarəçilərə dönüb buranın da dərhalrestavrasiya edilməsini tapşırmışdır. Nəhayət, Ayasofiya 1934-cü ilin noyabrayının 24-cü günü nazirlər şurasının qərarıyla muzey olmuş, ancaq bir hissəsi dəibadətə açılmışdır, yəni ibadətə bir dəfəlik bağlanmamışdır. Atatürk daha1936-cı ildə camenin dövlət sənədini də çıxartdırmışdır. 1930-cu illərdə faşizmvə kommunizm gəmi azıya almış meydan sulayarkən Qərb dövlətlərinin ürəyindəkiTürk xofu bütün əzəmətiylə yaşayırdı, elə bu gün də yaşayır. Boğazlar məsələsi,24 İyul 1923-cü il tarixində imzalanan Lozan sazişində həll edilə bilməmişdir.Türkiyə nə illah etsə də, İngiltərənin istiqamətləndirdiyi qərb ölkələriboğazlar məsələsində yumuşalmamış və buraların nəzarəti xüsusi komissiyayatapşırılmışdır.

Ayasofiyanın dünya mirası kimi

muzey olmasının o vaxtlardaTürkiyənin xeyrinə olacağı düşüncəsiylə hərəkət edən Atatürk, onun muzey olmasıqərarından iki il sonra 20 iyul 1936-cı ildə Montrəux Boğazlar sazişininimzalanmasına nail olmuşdur. Bu sazişlə Türkiyə çox şey qazanmış və Avropalılartərəfindən yaradılan Boğazlar Komissiyası bütün salahiyyətlərini Türkiyəyə təhvilvermişdir. Beləliklə, Türkiyənin boğazlar üstündəki tam hakimiyyəti təminolunmuşdur.

Ayasofiyanın ibadətəaçılmasından qarnı ağrıyanlar çoxdur, olacaqdır da. Yunan baş naziri KiryakosMiçotakis "Bu qərar sadəcə, Türkiyə ilə Yunanıstan arasındaki əlaqələriyox, Türkiyə ilə Avropa Birliyi arasındaki əlaqələrə də öz mənfi təsirinibağışlayacaqdı"- deyə fikrini bildirmişdir. Özgə qərblilər də bu minvaldabəyanatlar yaymışdır, çünki bu fikirlər təzə deyil.

Hələ 1820-ci ildə Osmanlı erməniləriarasında işləmək üçün gələn amerikalı provaslav missioner Levi Parsons İzmirəayağını qoyan kimi, "Bu günah imperiyasını tamamilə dağıtmaq mənə əhd-şərtolsun" demişdi. Bəs Trump, Mike Pompeo, Jonathan Hoffman, Merkel, EmmanuelMacron bugün ayrı şey deyir bəyəm..!? 40 ildir PKK/PYD-ni Şimali İraqda və ŞimaliSuriyada kimlər dəstəkləyir?

Dünən, yəni 1914-cü ildəOsmanlı dövləti pulunu ödədiyi halda, İngiltərədən satın aldığı "SultanOsman-ı Əvəəl" və "Rəşadiyə" gəmilərini ingilislər qəsb edibverməmişdi. Bu gün Türkiyə F-35 təyyarələrinin pulunu ödədiyi halda, ABŞ onlarıvermir. Bəhanə qoyur ki, Türkiyə Rusiyadan S-400 raketlərini alıb, onlar daNATO-nun silah envanterində yoxdur geri qaytarın. Türkiyə təkidlə istədiyihalda, Amerika Patriot raket qurğularını da satmır, özgəsindən silah almasınada qarşı çıxır.

Almaniyanın xarici işlər naziriHeiko Maas, "Artıq Almaniya Türkiyəyə silah satmır. Ankara bu barədə birçox dəfə tələb etsə də, biz sadəcəolaraq, dəniz qüvvələri üçün müəyyən avadanlıqları satırıq. Türkiyənin Suriyədəhəyata keçirdikləri bizim üçün qəbul ediləməzdir"- deyə bəyanat yayaraq əslindəTürkiyənin güclənərək öz hüquqlarına sahib çıxmasından duyduğu narahatçılığıdilə gətirib. Həm onlara, həm də ruslara görə, Türkiyə və Türk dünyası həmişəlikyağlı quyruq olmalıdır, vəssalam!..

Osmanlının başına Qərb vəRusiya tərəfindən açılan oyunlar bu əsrdə eynilə təkrar edilmək istənir. Ancaqimperialistlərin fikirləşmədiyi bir şey var, artıq Türkiyə Osmanlının 19-cuyüzilliyin sonlarındakı kimi güçsüz, yazıq bir dövlət deyildir.

Mənim fikrimə qalsa, nə ABŞ nəRusiya, nə də Avropa Türkiyəyə silah satmamalıdır. Türkiyənin canı çıxsın,özünü, vətənini, dövlətini qoruyacaq silahını özü buraxsın. Haçana kimi üstümüzəgələn itlərdən özümüzü qorumaq üçün özgəsindən dəyənək tələb edəcəyik?!


Ankara, altaylı[email protected]

TƏQVİM / ARXİV