Dünyanın iki vor zakon dövlətinin prezidentləri, yəni Tramp və Putin bu günlərdə saat yarım telefonla danışıblar. Təbii ki, nə danışdıqlarını bir özləri bilir, bəlkə də heç Tanrı da bilmir.
Açırsan televizyonu həm rus kanallarının, həm də Azərbaycan kanallarının siyasətçiləri, ekspertləri bu telefon danışığını bildikləri kimi yozurlar, müəyyən ehtimallar irəli sürürlər.
Mən proqnoz verməyi xoşlamıram, amma dedim dəstədən geri qalmayım, mən də ehtimalımı söyləyim.
Əvvəla, Amerika Zelenskinin əlindən bezib. Əslində bu şoumenin əlindən dünyanın bir çox liderləri bezib.
Adam nə qədər döyülüb adamın üstünə gələr?! Bir dəfə, iki dəfə, üç dəfə, beş dəfə, yeddi dəfə… Axırda ən yaxın dostun, hətta qardaşın da deyər ki, bəsdi də, nə qədər gözünün altı qaralmış gələssən üstümə, dalaşa bilmirsən, dalaşma, çıx aradan!
Bir dəfə bir ata oğluna nəsihət verir:
- Ay bala, dalaşma. Atana söydülər, mənə söyürlər də. Anana söydülər, mənim arvadıma söyürlər də. Bir yumruq vurdular, mənim xətrimə cavab vermə. İkincini vurdular, bu dəfə də ananın xətrinə keç. Üçüncü yumruq vurdular, kişi deyilsən, nə durub baxırsan, ayaqların yoxdu, qaç də.
İndi Zelenski həmin atanın oğlu yerindədi. Axırda qaçacaq. Hansı ölkəyə, deyə bilmərəm. Amma onu bilirəm ki, qarabağlılar demiş, aradan cıracaq.
Amerika yardımlarını kəsəcək, Rusiya da tutduğu əraziləri Federasiyanın tərkibinə qatacaq, yerdə qalan Ukrayna da bölünəcək. Bir hissəsini ukraynalılara verəcəklər, bir hissəsini də Polşayla Macarıstana.
Putin də əvəzində Trampa dedi ki, nə istəyirsən elə, get Qrenlandiyanı götür, istərsən Kanadanı 51-ci ştat elə, Panama kanalı da sənin, biz bu işlərə qarışmayacağıq, sən də Zaqafqaziyadan əlini çək, mənim «polyama» girmə.
Amerikanın Ukrayna məsələsində geri çəkildiyini görən Fransa özünü yuyulmamış çömçə kimi atıb ortalığa, aranı qarışdırmaq istəyir. Özünü Avropanın ağsaqqalı kimi aparan, Avropanın «vor zakon»u olmaq istəyən Fransa həmişə müharibədə uduzub. İngilislərə də, almanlara da, ruslara da biabırçı şəkildə. Ruslar gedib Parisin baş meydanında hərbi qələbə paradı keçiriblər.
Belə bir məsəl var, it əl çəkdi, motal əl çəkmədi. İndi Fransa da həmin motal kimi əl çəkmək istəmir. Avropa liderlərinin bir parasını yığıb başına Ukraynanı müzakirə edir, Rusiyaya təzyiqi artırmaq istəyir. Bir tərəfdən də Ukrayna müharibəsini Zaqafqaziyaya köçürmək istəyir, Ermənistanı silahlandırır. Amma çi fayda?
Yeri gəlmişkən, iki yüzdü, üç yüzdü bilmirəm, Ermənistana missioner göndəriblər, əslində casus. Onlar da bütün günü sərhəd boyu gəzir, durbinlə bizim torpaqları, bizim postları izləyir.
Bir gözəl film var, deyəsən adı «K-19»du. Sovet sualtı gəmisində kiçik bir partlayış olur. Amerikalılar kömək etmək istəyir, lakin gəminin kapitanı bu köməyi qəbul etmir. Sualtı qayıq çıxır suyun üstünə, heyət də hamı çıxır gəminin üstünə şüalanmaqdan qorunmaq üçün. Bu vaxt bir Amerika vertolyotu yaxınlaşır gəmiyə, gəminin başında dövrə vurur və durbinlə, fransız missionerləri bizim postları izləyən kimi, gəminin üstündəki dənizçiləri izləyir, şəkillərini çəkir.
Bu vaxt çox maraqlı hadisə olur. Bütün rus motrosları şalvarlarını aşağı çəkib dallarını şəkil çəkənlərə göstərirlər.
İndi deyirəm fransız missionerləri bizim postları izləyəndə hərbçilərimiz də şalvarlarının qabağını açıb onlara ayrı şey göstərələr. Çox maraqlı olar.
Amma bir şeydən də qorxuram ki, fransızlar türkünkünü görəndən sonra hamısı axışıb gələ Ermənistana.
Yadıma bir anekdot düşdü. İngilis, fransız, iranlı, daha dəqiq desək, fars və türk bir kupedə gedirlər.
Hər kəs öz matahını tərifləyir.
İngilis deyir:
- Bizim əla viskimiz var.
Fransız:
- Bizim də mələk kimi qızlarımız var.
Fars:
- Bizim də dünyada məşhur xalılarımız var.
Sonra da üçü birdən türkdən soruşur ki, sizin nəyiniz var?
Türk:
- Bizim də ingilis viskisindən vurub, fransız qızlarıyla fars xalısının üstündə kef çəkən oğullarımız var.
Day bəsdi ey, yoruldum!