Cəmiyyətimiz yenə ikiyə bölündü. Əməliyyatdan orqazm olanlar və anti-əməliyyatçılar.
Vətən torpağı da bizimdi, o anaların göz yaşı da.
Heç birini kiçik görmək olmaz. Heç nə o anaların göz yaşından önəmli deyil, nə də vətəndən vaz keçmək olmaz.
Sadəcə hər iksinin də haqqını vermək lazımdı və danmaq olmaz.
Bu arada Laçında yerləşən hərbi hissələrdən biri xidmət etdiyimdi. Günlərdir danışırdıq zabit yoldaşlarla. Xəbərimiz vardı bir çox məsələdən.Amma like, İp naminə düşünməkdənsə, yazmaqdansa adam vicdanını dinləməlidir. Sizin bilib-bilmədən yazdığınız o yalan güllələr neçə ananın ürəyini parçalayır, neçə övladın gələcək ümidlərini puç edir.
Susmaq da olar. Hə, ayrı məsələ ki, vaxtında bəzi informasiyalar verilməlidir. Amma verilməməsi belə sizi məcbur etmir ki, İrəvana gedirik, Göyçəyə az qaldı kimi xəbərlərinizlə öz eqonuzu tətmin edərək insanları səksəkidə qoyasınız. Onsuz da bu xəbəri yazanların heç birinin o işlərdə rolu olmayacaq. Dövlət edəcək və bunu həyata keçirəcək oğulları var.
Yuxarıda qeyd etdiyim kimi o iki təbəqə bilib bilmədən bir-birini üzür. Amma sonda bu dediyim orqazmçılar, ordudan xəbərsiz irəvanı alanlar- bax, onlar problemdi.
Sevinmək lazımdı, ordakı oğulların haqqını verməklə.
Üzülmək də lazımdı amma o oğullar hesabına vətən torpağının azadlığına sevinməklə.
Birini edənin nə vətən sevincinə, nə şəhid üzüntüsü barədə paylaşımının səmimiyyətinə inanmıram.
Sondasa onu qeyd edim ki, hələ psixoloji və.s durumu yerində olan bir döyüşçünün( məhz döyüş görənin) f.bdakılar kimi müharibə tərəfdarı olduğunu görmədim. Çünki normal adam yaxşı başa düşür ki, müharibə nə deməkdir. Bu məhlə arası dıx-dıx da deyil. Bu təkcə dron deyil, bu təkcə pulla da deyil, bu təkcə adam öldürmək də deyil...
İnsanları müharibəyə başlamaq məcburiyyətində qoyanları lənətləyirəm.
Müharibəyə qədər bütün müharibələrin əleyhinəyəm. Müharibə başladıqdan sonrasa müharibə tərəfdarı...
Belə...