adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

“Ətdən tank”ların altında əzilən xalq - Eminquey yazır

EMİNQUEY AKİF
1172 | 2022-07-01 11:23

Xalq sevir də, qadanızı alım.

Min ildir efirdədir, radiodadır.

Xalq öz dilində danışan, davranan bütün teveşniklərə hörmət bəsləyir.

O biri Zauru da, bu biri Zauru da, Xoşqədəmi də, Elgizi də, hətta o erməni-budaq danışan tiktoker Natinizi də, gecə kimi, gündüz kimi, qarpız kimi, cızbız kimi sevir sevir, sevir!

Hünərin var, biraz ədəbi dildə danış, ya lağa qoyulacaqsan, ya da başa düşülməyəcəksən.

Zauru heç kim maliyyələşdirmir, Zaurun cibi xalqdır.

Zaurun arxasında heç kim durmur, Zaurun arxasında xalq durur.

Zaur layihədir, Zaur, proyektdir, Zaur maşındır.

90-cı illərdə gördüyünüz dəmir tanklar indi ətə çevrilib. Ətdən tanklar keçir bu xalqın üstündən.

Bu xalq ona zülm verən hər şeydən və hər kəsdən "kayf" tutmaqla barışıb.

Biz azərbaycanlıdan çox stokholmluyuq.

Biz Hacıbəyovdan çox Mehdizadəliyik.

Biz Cavanşir Quliyevdən çox Cavanşir Məmmədovuq.

Biz Nadir Əzimovdan çox, Nadir Qafarzadəyik.

Zaurun "nur"(çu)una aşiqdir bu xalq.

O avtobusda dombalaq aşan xaladır Zaurun fanatları.

Evinizin içini qoruya bilirsinizmi bu ətdən tanklardan? Yox!

Məktəbdə uşaqlarınıza fars "şipyon"ları İranın ağasına aid mərsiyə soxuşdurur, qoruya bilirlərsinizmi? Yox!

İranlılara etiraz Zaurun "nur"(çuluğ)undan gəlir.

Siz də Zaura etiraz edirsiniz, amma sabah heç nə olmamış kimi oturub Zaura baxırsınız. Bəs Zaur?

O sizi yaxşı tanıyır, çox yaxşı. Sevəcəksiniz!

Qatillərinizi, zalımlarınızı, zındıqlarınızı...

TƏQVİM / ARXİV