Fəridə RƏHİMLİ: GÖZƏL HƏYAT AXTARIŞI

FƏRİDƏ RƏHİMLİ
46870 | 2019-07-29 11:57

Türkiyəyə səfər edənlər təsdiq edər ki, hər səfərdəyolçuların əksəriyyətini azərbaycanlılar və demək olar ki, 80 faizini qadınlartəşkil edir.

Statistikaya görə keçən ilin birinci yarısında Azərbaycandaəcnəbilər və vətəndaşlığı olmayanlarla 800 nikah bağlanıb.

Ekspertlər bunun səbəbini cürbəcür amillərdəaxtarırlar. Bəzilərinin fikrincə, əcnəbi ilə nikah dövrün tələbi, ən əsasıiqtisadi problemlər və psixoloji amillərlə əlaqədardı. Qızlarımızın çoxu gözüyumulu,o insanın kim olduğunu bilmədən, çox zaman özü tanımadan - görücü üsulu ilə, məhzəcnəbi olduğu üçün razılaşıb ərə gedirlər.

Bəs bizim kişilər avropalı qadınla evlənmək istəyirlərmi?Ümumiyyətlə, belə bir fakt varmı? Olsa da yəqin çox azacıq olar. Səbəb kimibizim kişilərlə əcnəbi qadınlar arasında mentalitet fərqinin olmasını göstərirlər.Elə isə necə olur ki, eyni mentalitetin daşıyıcısı olan qadınlarımız əcnəbiyləailə qura bilirlər? Bəs əsl səbəb nədir? Bizim kişilərdə qadına qarşı ilgi,romantiklik, centlmenlik çatışmır. Bu davranışları sevən, demək olar ki, bunamöhtac olan, həsrət qalan qadınlarımız isə Avropa kişilərinin centlmendavranışlarını (əsasən filmlərdən) sevirlər. Kişilərimizin əksəriyyətininqadınla davranış problemləri var. Azərbaycan kişisi qadını evdə bir əşya kimigörür - yemək bişirən, uşaq dünyaya gətirib tərbiyə edən, paltar yuyub-ütüləyən,ev təmizləyən bir əşya! Və qadının istəyinin də yalnız maddi tərəfini düşünürlər."Evin var, yeməyin var, geyimin var, daha nə istəyirsən?” deyən öküz xislətlikişidən bundan artıq nə gözləyə bilərsən ki! Bütün bu fədakarlıqlara rəğmən qadınaxəyanəti normal hesab edirlər. Amma qadınları onlara xəyanət edərsə, fahişəadıyla boşayırlar. Bizim oğlanlar evlənəndə qızın keçmişini araşdırır, biryanlışı varsa, evlənmək fikrindəndaşınırlar, evlənərsə də ömür boyu qaxınc edirlər. Avropa kişisi isə sevirsə,qadının keçmişi onu maraqlandırmır. Həttafahişəni qadını edə bilir. Avropa kişisinin qadını yüksək qiymətləndirdiyinidüşünən qadınlarımız onlarla ailə qurmağa cəhd göstərir və sonradan çoxu peşmanolur. Bəziləri fikirləşir ki, əgər xaricə getsə, ölkəmizdə olan problemlərlərastlaşmayacaq. Yaxud bəziləri düşünür ki, avropalı kişiylə ailə həyatı qurarsaazadlığına qovuşacaq. Ancaq unutmaq lazım deyil ki, hər ölkənin özünə görəproblemi var. Qanuni tərəfdən də götürdükdə Azərbaycan xanımları üçün problemyarana bilər. Çünki Avropanın elə ölkələri var ki, qanun daha çox kişilərin tərəfindədi.Məsələn, bizdə qadın boşanırsa, kiçik istisnaları nəzərə almasaq, uşaq anaylaqalır. Amma Avropanın çox ölkəsində məhkəmə uşağı ataya verir. Demək ki, xəyaletdiyi həyatın əksini görən qadın boşanmaq istəsə, uşağından da olur.

Yazının əvvəlinə dönmək istəyirəm. Dəfələrlə Türkiyəsəfəri zamanı böyük arzularla yola çıxan qadınlarla rastlaşıram. Həvəslə öz həyathekayələrini danışırlar. Əksəriyyəti boşanmış, yaxud, yaşı keçib, ailə qurabilməmiş qızlarımızdı. Türkiyə statistikasına görə, son illər türk kişilərininevləndikləri qadınlar arasında suriyalılardan sonra ikinci yeri azərbaycanqadınları tutur. Suriyanın vəziyyəti hər birimizə məlumdu, qaçqın düşən gənc qızdolanışıq naminə atası yaşında olan türklə də evlənməyə razı olur. Bəs bizimkilərinproblemi nədir? Yalnız yuxarıda sadaladıqlarımmı? Yox, indi iqtisadi çətinliklərromantika axtarışını ikinci plana keçirib. Onu da deyim ki, türklə ailə qurubxoşbəxt olan qadınlarımız minlərlədir. Bəli, minlərlə! Həm də onunla evlənəntürk erkəyini qadının əvvəlki həyatı, ilk ailəsinin nədən dağılmasımaraqlandırmır, anlayışla qarşılanır. Ən əsası onları qadınlarımızın kişiyəqarşı sevgisi, diqqəti, yeməyinə, geyiminə, öz rahatlığını ikinci planakeçirib, həyatını ailəsinə, uşağa həsr etməsi, evin təmizliyinə xüsusi diqqəti,içki, siqaret kimi zərərli vərdişlərdən uzaq olmaları cəlb edir. Bütün bunlarlaərinin məhəbbətini qazanan qadına türk kişisi diqqətini əsirgəmir, ailədə həmqadın, həm də kişi istədiyini almış olur. İlk vaxtlar kişilərimiz bu durumuqısqanclıqla qarşılayır, hətta kişiyə yaraşmayan ifadələr də işlədirdilər. Məsələn,"burda nə qədər əxlaqsız, ərindən boşanmış, evindən qaçmış qadın varsa hamısıTürkiyədə arvad oldu” deyən "kişi”lərə deyən lazımdı ki, ay şərəfsiz, oqadınları bu hala gətirən kimlərdi, siz kişilər deyilmi? Sizin qırdığınız qəlblərəməlhəmi, yıxdığınız dünyalara yeni nəfəsi, ləkələdiyiniz qadın adlarına təmizliyiverdiyi üçün təşəkkür borclu deyilmisiniz onlara?!.

Yol yoldaşı olduğum o qadınların çoxu böyük ümidlə,sevinclə, unutmaq istədiyi keçmiş əzablı həyatını arxada buraxıb, yenidənbaşlamaq həvəsiylə üz tuturlar Türkiyəyə! Hər şeyi yenidən başlamaq! Bumümkündürmü tam mənasında, bilmirəm, amma "keçmiş keçdi, dönməyəcək, gələcək müəmmalıdı,bu günü doyasıya yaşamaq lazımdı” ifadəsiylə təskinlik tapıb yaşamaq olar. Həyatınıyenidən başlamaq, səhvlərindən dərs götürüb həyata tutunmaq və qalan ömrü mənalandıraraqyaşamaq hər bir qadının haqqıdı.

Amma təəssüf ki, seçimində təkrar yanılaraq"yağışdan çıxıb, yağmura düşənlər” də var. Ona görə də, əziz qadınlar, diqqətliolun, yüz ölçüb, bir biçin, ağıllı hökm çıxararaq haqqınız olan gözəl həyatıyaşayın!

P.S. O ölkələrdəndeportasiya olunmaqla isə dünyanın sonu gəlməz...


TƏQVİM / ARXİV