Fransanın baş naziri çaşqınlıq içində... - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
160 | 2025-02-19 10:05

 "Makronun təcili təşkil etdiyi sammitə yığışan avropa liderləri, kəsimə hazırlanan mal-qara  sürüsünə  bənzəyirdi".  (Slivakiyanın "HD" nəşri)

 Tramp-Putin alyansı avropada çoxlarının yuxusunu qatışdırıb

Avropa İttifaqı ölkələri ABŞ ptezidenti Donald Tramla Rusiya prezidenti Vladimir Putin əlaqələrinə qarşı nə dayanıqlıq göstərə bilmirlər, nə də bu əlaqələrə mane olmaq gücündə deyillər.

 Fransanın baş naziri Fransua Bayru dünən bunu açıq şəkildə etiraf edib. "Biz, Putin və Tramp arasında güman etmədiyimiz alyansa şahidlik edirik, bu, Avropanın  öz ərazilərində marginal vəziyyətdə düşməsi deməkdir. Avropa İttifaqının bu məsələdə zəiflik göstərməsini görmək isə dəhşətdir"-deyə  "BFM TV " telekanalı baş nazirin sözlərindən sitat gətirir.

 Fransanın baş naziri bildirib ki, bu günlərdə prezident Emanuel Makronun təşəbbüsüylə, Yeliseyevski sarayda təşkil olunmuş avropa liderlərinin sammiti də, kontinentin təhlükəsizliyi məsələsinə aydınlıq gətirmədi. 

Slovakiyanın  "Hiavny Dennik" mətbu orqanı qeyd edir ki, "Fransa prezidenti Emanuel Makronun Parisdə təcili təşkil etdiyi  Avropa liderlərinin  sammiti, kəsimə hazırlanan mal-qara sürüsünə bənzəyirdı". "HD" daha sonra diqqətə çatdırır ki,  ABŞ Trampın Ağ evə qayıdışından sonra, Ukrayna münaqişəsinə marağını azaldıb, Avropa isə, antirusiya sanksiysları ilə öz iqtisadiyatını dağıdıb və yenə də köhnə mövqeyini qoruyub saxlamağa çalışır.

 Fransanın Le Monte qəzeti bildirir ki, ABŞ-ın Ukrayna münaqişəsini sülh yolu ilə həll etmək istəyi ilə bağlı, Makronun təşəbbüsü ilə təcili Parisə toplaşan  liderlər arasında  Çexiya,  Rumıniya və Sloveniya liderləri yox idi. Onlar Trampın bu qərarlarından narazı olduqlarını bilfirdikləri üçün, sadəcə olaraq bu sammitə dəvət olunmamışdılar. 

 Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto, elə həmin gün bəyan edib ki, Parisə toplaşanlar, üç ildir Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanmasına  mane olan dövlətlərin nümayəndələridirlər. Onlar indi də Trampa qarşı hərəkətə keçiblər. 

 Daha əvvəlki yazılarımlzda da   qeyd etdiyimuz kimi,  eks prezident Baydendən fərqli olaraq, Tramp "hər şeydən əvvəl Amerika" prinsipinə uyğun olaraq hərəkət edir və Makronun simasında avropalı tərəfdaşlarının təlaşa düşmələrinə  heç əhəmiyyət vermir.  

 ABŞ prezidenti yaxşı bilir ki,  Makron kimi simasızlar, bir az hopbanıb- düşəcək və sonra  peşmanlıqla quyruqlarını büzüb yenə də ABŞ-ın  ayağına gələcəklər.

  Görünən odur ki, Avropa İttifaqında hər kəs öz başının hayındadır. Zibilə saldlqları, Rusiyanın təhdidləri qarşısında tək qalmaq təhlükəsi qarşıslnda qalan Ukraynanın qara günləri isə  hələ qabaqdadır... 

 İz.ru saytının materiallarından  istifadə olunub.

TƏQVİM / ARXİV