Fürsət düşən kimi bir-birini loxlayan azərbaycanlılar - Eminquey yazır

EMİNQUEY AKİF
1145 | 2023-11-04 12:55

Bugün bir xanım yaxınlaşdı ki, taksiyə zəng vurmaq olar? Dedim, olar. Adam yığdı, sifariş elədi, dedi, zəng vursalar deyin burda gözləyirik. Avtobusa minəndə bunların maşına oturduğunu gördüm, dedim, taksi gəlib yəqin.

Çatdım metroya. Başım qazandır son günlər, kartı qoydum aparata, pulu yüklədim. Sonra yaxınlaşdım çantamı yoxlatmağa. Əlimi atdım ki, kartı çıxarım, gördüm yoxdu. Yadıma düşdü ki, kartı aparatdan götürməmişəm. Qayıtdım, iki addım dala, kart yoxdu. İnanın, ikicə dəqiqə çəkmədi bu söhbət. İkicə saniyəyə kartı əkişdirdilər.

Allahaqqı, hə, cəmi iki saniyədə.

Təzədən kart aldım, söhbət kartda deyil, 2 manatdı. Amma o ki deyirsiniz e, bizim adamlar çox ürəyiyumşaq, ay nə bilim, halal-zad. Nə qədər vicdansız olasan ki, kiminsə kartını əkəsən. Barı gördün, götür və çevrənə səslən, çıxmasa sahibi, götür get.

Nə isə, bu söhbətin üstünə zəng gəlib taksidən. Mən 10 dəqiqədir gözləyirəm sizi. İzah eləmişəm ki, bəs mən sifariş verməmişəm. Qadın da yanında iki qadınla maşına oturub gedib. Biraz keçib, taksi bir də yığıb. Bir də, bir də. Axırda bloka atmışam. Nəhayət şirkət zəng eləyib ki, sifariş ləğv edildi.

Gəl indi yaşa çərləyə-çərləyə...

TƏQVİM / ARXİV