General rütbəsindən və “Rusiya Qəhrəmanı” titulundan məhrum ediləcək

135 | 2024-07-27 11:31

Məhkəmə Rusiya Federasiyası müdafiə nazirinin keçmiş müavini, ordu generalı Dmitri Bulqakovu “Rusiya Qəhrəmanı” titulundan məhrum edə bilər.

Adalet.az xəbər verir ki, bu barədə “RİA Novosti” Moskva vilayətinin hüquq sistemi mərkəzinin rəhbəri Aleksandr Xaminskiyə istinadən məlumat yayıb.

“Dmitri Bulqakovun tərcümeyi-halına əsaslansaq, onun xidməti yalnız maddi-texniki təchizatla bağlı vəzifələrdə olub. Bu səbəbdən də çox güman ki, o, fəxri addan məhrum ediləcək”, - Xaminski deyib.

“Rüşvət alma ehtimalının onun yüksək vəzifə tutmasından qaynaqlandığını nəzərə alaraq, onun general rütbəsindən məhrum ediləcəyini böyük ehtimalla güman etmək olar”, - o əlavə edib.

Bulqakov daha üç nəfərin həbs olunduğu cinayət işində şübhəli bilinir. İyulun 26-da keçmiş müdafiə nazirinin müavini korrupsiya ilə bağlı cinayət işi üzrə həbs edilib.

Bulqakov Müdafiə Nazirliyində işləyərkən ordunun maddi-texniki təminatına cavabdeh idi.

TƏQVİM / ARXİV