Rusiyanın bombardmançı təyyarəsi qəzaya uğradı

122 | 2024-07-27 16:50

Rusiya Hərbi Kosmik Qüvvələrinə məxsus Su-34 qırıcı-bombardmançı təyyarəsi Volqoqrad vilayətində qəzaya uğrayıb. 

Adalet.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Təyyarə boş əraziyə düşüb. Uçuş döyüş sursatı olmadan həyata keçirilib. Yerdə dağıntı yoxdur", - məlumatda deyilir. 

Bildirilib ki, pilotlar sağ qalıblar. 

Təyyarənin qəzaya uğramasının ilkin səbəbini nazirlik texniki nasazlıq kimi müəyyən edib.

TƏQVİM / ARXİV