Makron Olimpiya Oyunlarının açılış mərasimində fitə basıldı - VİDEO

410 | 2024-07-27 20:00

Makron Olimpiya Oyunlarının açılış mərasimində fitə basılıb.

Adalet.az xəbər verir ki, bu barədə Fransanın "Vətənpərvərlər" partiyasının lideri Florian Filippo "X" sosial şəbəkəsində yazıb.

Siyasətçi qeyd edib ki, "hətta müəyyən auditoriya" Makronun gəlişindən açıq-aydın narazılığını ifadə edib, buna görə də "o, hətta çaşıb qalıb".

Filippo öz paylaşımına Fransa liderinin çıxışı zamanı fit və qışqırıqların eşidildiyi qısa videonu əlavə edib. Onun sözlərinə görə, bu fraqment efirdə kəsilib, siyasətçi görüntünün yayılmasına çağırış edib.

TƏQVİM / ARXİV