NUR BÖLÜŞƏN ALİM - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
1690 | 2024-08-20 10:34

Mənim ədəbi həyatımda xalqımızın bir- birindən dəyərli insanlarının izi və sözü var. Yəni həmin insanlar diqqətlərini, xüsusilə xoşməramlı iradlarını, təkliflərini, məsləhətlərini heç vaxt məndən əsirgəməyiblər. Özüm və sözümlə bağlı fikirlərini həmişə və hər yerdə birmənalı şəkildə ifadə ediblər. Onların fikirləri həm mənim təqdimatım olub, həm təqdirim, həm də bu günüm- sabahım üçün açılan yol… Çətin, amma şərəfli söz yolu!...

Bu gün nə vaxtdan bəri qəlbimdə dolaşdırdığım, düyününü aça bilmədiyim, amma bunun üçün çox cəhd etdiyim bir fikirim – bir istəyim sözə çevirilməkdə israrlı idi. Bunun da iki səbəbi var. Biirncisi barəsində yazacağım bu dəyərli ziyalının, alimin həm də çox  mükəmməl insanın 70 yaşı tamam olur. Bu da mənə fürsət verir ki, onun haqqında bu günə qədər demədiyim, yazmadığım, amma düşündüyüm fikirlərimi ifadə edim. İkincisi isə bu alim özünün yaradıcılığı ilə, axtarışlarıyla sözə təkcə Azərbaycan çərçivəsində deyil, dünyanın hər yerində sayğısyla məndə bir mənəvi borc yaradıb. Yəni , düşünmüşəm ki, əgər Azərbaycanın ən ucqar, necə deyərlər gözdən iraq bir güşəsində yaşayan yaradıcı adama o təmənnasız diqqət ayırırsa, həmin  yaradıcın dəstəkləyib, onu ruhlandırırsa mən niyə bu  kişinin  barəsində öz sözümü deməyim?

Bax,  bu iki səbəbin ip  ucundan tutub nə vaxtdan bəriidi ki, içimdəkiləri ələyirdim. Doğrudur, bir az sağlıq durumum da  problem yaratdı və  mən də istər-istəməz ürəyimdə ələdiklərimi gecikdirməli oldum. Lakin indi həmin o “gecikmə” bir  az arxada qalır. Mən düşüncələrimi bilgisayara köçürürəm.

Əvvəlcə xatırladım ki, onu Azərbaycanda,eləcə də türk dünyasında söz adamları yaxşı tanıyırlar. Ədəbiyyat adamları onun mövqeyini də, şəxsiyyətini də, yaradıcılığını da çoxdan qəbul ediblər. Bu il 70 yaşı olan Nizaməddin Şəmsəddin oğlu Şəmsizadə 1954-cü ilin dekabr ayının 30-da özünün ifadə etdiyi kimi “Quba bölgəsinin qədim türk obası olan İspikdə anadan olmuşdur. Burda da orta məktəi əla  qiymətlərlə   bitirib. Sonra o zamanın yeganə universiteti olan indiki BDU-un filologiya fakültəsinə daxil olub.

Onun tərcümeyi-halında bir məqam mənim üçün həmişə xüsusi diqqəti çəkib. Bu da hələ tələbəlik illərindən Nizaməddin müəllimin yaradıclığa, SÖZ haqqında söz deməyə olan böyük marağı idi. Yəni ədəbi tənqidə meyl etməsi hiss etdirib ki, böyük ədəbiyyatı öz ələyindən keçirəcək bir Azərbyacan ədəbiyyatşünası ortalığa çıxmaqdadır. Hətta onun ilk sanballı və diqqətçəkən “Sən kimsən müsairim?!” məqaləsini Azərbaycan jurnalında çap olunan kimi səs-küy saldı. Zənnimcə bu onun söz adamlarına indiki terminlə desəm, bir “mesaj” idi. Istər Nizami adına ədəniyyat instititunda, istər dövlət universitetində, istərsə də özünün müstəqil yaradıcılığında Nizaməddin Şəmsizadə təkcə müəllim kimi deyil, həm də elm adamı kimi sözlə davranıb. Sözü dəyərləndirib. Necə dəyərlər onun layları arasında, qatlarına işıq salmağa çalışıb. İstəyib ki, sözün məcazi mənası da öz gerçək mənası ilə paralel şəkildə oxucunun qapısını döysün. Ona məqsədlərini çatdıra bilsin. 

Yaradıcılığını, çap olunmuş kitablarını  izləyib, oxuduğum və tez - tez də həmsöhbət olduğum   Nizaməddin Şəmsizadənin bir üsulubu mənim həmişə  özünə çəkib,  sanki yaxamdan tutub  sirkələyidi. O  "silkənmə" məndə də, həmin üsluba maraq yaradıb.. Mən də ona meyl etmişəm. Bu da öncə vurğuladığım kimi əyalət ədəbiyyatına, onun böyük diqqət göstərməsinin nəticəsidir.   Həmin   NƏTİCƏ  adlandırdığım isə   birmənalı şəkildə dünənin, bu günün və sabahın ədəbiyyatına   mərkəzdən elmi nəzərlərlə yanaşmadır, baxıbv  qiymətləndirmədi! . Yəni ki,  təbiiki, mənə  görə  Nizaməddin müəllim  məmləkət  ədəbiyyatını  eyni bucaq altında görməni təlqin edir. Mən Nizaməddin müəllimin “Estetik meyyar və bəddi mahiyyət” kitabını gözdən keçirəndə bunun bir  daha şahidi oldum.

Doğrudur, burada toplanmış məqalələrin bir çoxu ilə dövrü mətbuatdan xəbərdar idim. Amma toplu halında bu kitabda mən  özüm üçün  çıxartdığım  nəticəni   açıq-aydın izləyə bildim. Kitabdakı təkcə məqalələrin sıra düzümü yox, onunların bir- birinin davamı olması formatında verilməsi  də  göstərir ki, Nizaməddin Şəmsizadə özünün hər zaman ifadə etdiyi ideasına sadiqdir. Beləki Nizaməddin Şəmsizadə adını çəkdiyim kitabın son üz qabığında həmin ideanı  və yaxud  həmin  məramını  bir         daha oxucu üçün sərgiləyir. O yazır:

- “Mən  SÖZ-ün ovsarını çəkib aparıram.

Sözümün gövhəri Turan idealıdır.

Məzmunu türk əslimə fəxarətdən yoğrulur.

Qoy türkün Qurdu həmişə ulasın.

Qurd ulayanda səadət, it ulayanda fəlakət gətirər”. 

Bax  bəyan olunan bu məntiq zənnimcə artıq hər şeyi deyir. Oxucu bu üç-dörd cümlə ilə onunla həmsöhbətin   kim olduğunu anlayır və qəbul edir.
Deməli , kitabdakı hər bir məqalədə istər klassiklərimizin, istər çağdaş ədəbiyyat təmsilçilərimizin barəsində müəllifin yazdığı hər bir fikir səmimiyyətə, real məntiqə və bir də Azərbaycanın ədəbi ənənəsinə söykənir. Çünki, kimisə aşağılamaq, kimisə ucaltmaq yox, ədəbiyyata ədəbiyyatın gözü ilə baxıb ədəbiyyatşünasın bilgisi ilə şərh vermək ən doğru seçimdir. 

Çox hörmətli professorumuz Nizaməddin Şəmsizadə kalassiklərimizə də, bizə də məhz bu prizmadan yanaşmaqla öz fikrilərini çatdırır. Onun əyalət ədəbiyyatı barəsində sanballı məqaləsi demək olar ki, Azərbyacanın bu günki ədəbi coğrafuyası özünü ifadə edib. Həmin məqalədə ölkəmizin şimal və cənubunda, şərq və qərbində- bir sözlə şəhər və kəndində yaşayan qələm adamlarının çox böyük əksəriyyəti alim fikirinə tuş gəlib. BİRAZ DA AÇIQ İFADƏ ETSƏK , professor Nizaməddin Şəmsizadə bölgələrdə yaşayan qələm adamlarının yaratdıqları əsərlərin az qala hər biri barəsində fikir söyləyib. Onları  ədəbiyyatşünas ələyində ələyib. Tənqid və tədqir  edib. Bu da o deməkdir ki, Nizaməddin Şəmsizadə ədəbiyyatı kənd və şəhərə bölmədən onu bir canlı varlıq kimi görür və göstərir.

Onun adını vurğuladığım kitabında təkcə ədəbi tənqidi fikirlər yox, həm də özü illə söhbətlər də yer alıb. Amma bu söhbətlər bizim başa düşdüyümüz adi,işgüzar, dost, ailə söhbətlri deyil. Bu ədəbi camiə ilə bağlı düşüncələrin fikirlərin söhbət formatında təqdimatıdır. Həmin söhbətin dinləyicisi olanda şəxsən mən professor Nizaməddin Şəmsizadənin bir növ avtobioqrafiyası ilə qarşılaşdım. Onun da müsbət cəhəti o oldu ki, həqiqətin harada olduğunu Azərbaycanın sayılan bir aliminin qələmindən öyrənə bildim.. Yəni Nizaməddin Şəmsizadə vurğuladı ki, həqiqət yalnız xəyallardadır!

Mən  professor Nizaməddin Şəmsizadə barəsində bir oxucu, bir qələm adamı kimi söz demək cəsarətimi onun barəmdə yazdığı “lirik şeirin bəddi imkanları” adlı məqaləsindən aldım. Bu kitabda da yer almış həmin məqalədə Nizaməddin məllim yaradıcılığımın müsbət tərəfləriini önə çəkib. Və yaradıcılığıma  dəyər verib. Məhz həmin məqalədə mənim yazmaq, oxunmaq haqqımın olduğunu oxucuya çatdırıb. Mən də haqqın verdiyi imkana söykənərək Nizaməddin müəllimi- çox dəyərli ədəbiyyatşünas alimimizi , sözün həqiqi mənasənda  ədəbiyyatın  bütün yükünə çiyin verən bir ZİYALIMIZI 70 yaşı münasibətilə təbrik edirəm. Və demək istəyirəm ki, onun haqqında yazmaq çox  məsuliyyətli  həm də  çətin  bir  işdir.,İçimdəki  Şəmsizadə işığına  söykənib  mən  bu  fikirləri   mətbuat səhfəsinə  çıxartdım...

Bircə ona sevindim və güvəndim ki, Nizaməddin Şəmsizadə ocağı onun özünün və davamçısı olan  Fidan Nizaməddinqızının timsalında davam edir və edəcək də. Çünki böyük söz böyük düşüncənin, böyük əqidənin, böyük ürəyin işığında özünü hər kəsə göstərir.
-  70  YAŞINIZ MÜBARƏK, PROFESSOR NİZAMƏDDİN ŞƏMSİZADƏ - NUR   BÖLÜŞƏN ALİM !!!

 

TƏQVİM / ARXİV