AFFA GÜL VURDU! - Aqil ABBAS yazır

AQİL ABBAS
96 | 2025-02-05 12:46

Təkcə «Qarabağ»ın ümidinə qalmış, can verməkdə olan Azərbaycan futboluna AFFA  sonuncu gülləni də sıxdı. Legioner limitini ləğv elədi. İndi hər bir klub 11 əcnəbi futbolçu oynada  bilər. 

Deməli, varlı klublar kef partladacaq, kasıb klublar isə yenə son sıralarda birtəhər çulunu sudan çıxarmaq istəyəcək. 

İndi kisə-kisə  pullar, yerli futbolçulara xərclənəcək pullar, Avropaya axacaq.   

Birinci liqada və ikinci liqada  oynayan futbolçular isə peraşki  və ucuz dönər  yeməyə möhtac qalacaq.

Day futbol akademiyaları da varlı klublara lazım olmayacaq. Və heç kim övladını uşaq futboluna verməyəcək, çünki görəcək ki, gələcəyi sual altındadı. 

Bircə iş yaxşıdır ki, day biz də Azərbaycan futboluna baxmayacağıq. Futbolçuların hamısı avropalı olacaqsa elə biləcəyik ki, «Real» Madridlə

«Barselona» oynayır. Amma kitayski  «Real» Madrid və kitayski «Barselona». 

Gəlin kasıb klublara  azarkeşlik edək. Çünki heç olmazsa həmin klublarda üç-dörd azərbaycanlı familiyasına rast gələcəyik. AFFA-ya eşq olsun! 
 

TƏQVİM / ARXİV