... İnsanın yaxşı, imkanlı və vəzifəli günlərində hamı onun yanında olur. Yanında olur ki, o adamdan istifadə eləsin , elə dilində demiş olsaq, ondan bir şey qoparsın və özünə bir gün ağlasın...
Bunu etməyə nə var ki?! Oğul odur ki adamların çətin günündə anlara arxa dursun, yıxılanı qaldırsın, ağlayan gözün yaşın silsin!.. Daha doğrusu, bir tikə çörəyini iki yerə bölşün...
Bax, belə oğullar da var! Bir az səbrli olun deyəcəm, o adam kimdir. Və nə yaxşı ki, böyük Məmməd Arazın dili ilə demiş olsaq" iti bazarında atından baha olan..." dünyamızda belə adamlar var! Allah and olsun ki, əgər belə insanlar olmasaydı, dünyamız çoxdan dağılmışdı... Heç biz insanların izi- tozu da qalmamışdı...
Yıxılana arxa duran, kimsəsizlərə kömək edən, ağlayan gözlərin yaşın silən, çətin gündə insanlar " qorxma" - deyən , çətin günün adamı Bakı Dövlət Universitetinin dosenti, fizika- riyaziyyat elmləri namizədi Faiq Mirzəli oğlu Namazovdur. Mən Faiq müəllimi son bir- iki ayda tanımışam. Daha döğrusu, 31 saylı Suraxanı ikinci Seçki Dairəsindən deputatlığa namizəd verildiyinə görə. Yaxın dostum yazıçı- publisist, Prezident mükafatçısı, Səməndər Məmmədov və Fərman Kazımov dedi ki, bizim bir eloğlu var, deputatlığa namizəddir, bu gün onunla görüşəcəyik, gəl, sən də bizimlə gedək. Görəcəksən ki, necə səmimi, sadə və mehriban insandır. Bir yerdə Faiq müəllimin yaxınları ilə oturub çay içdik və gördüm ki, deyilən kimi var, hələ bir az da deyildiyindən yaxşıdı. Elə ilk görüşdən və söhbətdən o , mənim ürəyimdə və yaddaşımda əbədi iz qoydu. Müdrik baxışları, ağayanə münasibəti, yüksək dinləmək mədəniyyət və ən nəhayət böyük insanlıq dəyərləri ilə məni təəccübləndirdi...
Faiq müəllim bir neçə saatın içində mənim üçün çox doğmalaşdı. Və elə bildim ki, ən yaxın qohumum imiş... Bir də zarafatla dedim ki,borçalılar Qarabağdan o elə gedib və bəlkə buna görə mənə doğma gəlirsiniz. Faiq müəllim də özünəməxsus bir səmimiyyətlə dilləndi ki, bütün Azərbaycan xalqı bir- birilə qohumdur. O, bu sözləri deyəndə çöhrəsində bir təbəssüm yarandı və bir daha onun nə qədər səmimi və sadə insan olduğunu yəqin etdim! Bax beləcə çay süfrəsi arxasındakı görüşümüz mənim yaddaşımda silinməz iz qoydu...
Faiq Namazov 1972-ci ildə Borçalı mahalının , İndiki Gürcüstan respublikasının Bolnisi rayonunun Darvaz kəndində anadan olub. BDU- nun mexanika- riyaziyyat fakültəsinin əyani şöbəsini fərqlənmə diplomu ilə bitirib.1995- çi ildən BDU- da işləyir. Fizika-riyaziyyat elmləri namizədi, dosentdir.Çoxlu sayda elmi məqalələrin və dərs vəsaitlərinin müəllifidir. Ailəlidir, beş övladı var. Allah saxlasın! Amma mən onun alimlik və elmi fəaliyyətindən deyil, insanlığından , sadəliyindən və böyük ürək sahibi olmağından söhbət açıram.Çümki belə böyük zoyalılar heç vaxt elədikləri yaxşılıqları dilə gətirmirlər və deyirlər ki, Allah hər şeyi bilir, amma Allah hər şeyi bilməklə yanaşı, insanlar da bilsə , daha gözəl olar! Deputatlığa namizədlik dövründə Yeni Günəşlidə bir şəhid ailəsini ziyarət etdik.Sonra da şəhidin abidə kompleksini atası ilə ziyarət elədik. Şəhid atasına dedim ki, bu kompleksi Faiq Namazov tikdirib. Kişi təəccübləndi və " bilmirdim"-, dedi. Şəhid atası mənim sözlərimdən sonra Faiq müəllimlə bir qədər də isinişdi. Və gördüm ki, gözləri doldu.
Elə bizim hamımızın gözləri doldu... Faiq Namazov İkinci Qarabağ Savaşında Müdafiə Fonduna 50 min manat vəsait köçürüb.Eyni zamanda Pandemiya dövründə çətin vəziyyətə olan, işləməyən yüzlərə insan ərzaq yardımı edib. Bunu metronun " Xalqlar dostluğu" stansiyasının yanındakı körpünün altında iş axtaran fəhlələr yaxşı bilirlər...
Bu gün dünyada hər şey çox çətinləşib. Yəni insanlar evlərinə bir tikə çörək aparmaq üçün hər çətinliklə üzləşirlər. Və yaxşı, mərhəmətli adamlar olanda bu çətinliklər arxada qalır. Və düşürəm ki, dünyamızda Faiq Namazov kimi ziyalı, mərhəmətli, işıqlı insanlar nə qədər çox olsa, qaranlıqlara bir o qədər də çox işıq düşər...
Və bir də gərək insanlar da yaxşılığı unutmasın.Çünki adamlara sağlığında qiymət vermək lazımdir ki, sonra pesmançılıq çəkməyək!..