FHN: Biləsuvarda ölən şəxs nazirliyin əməkdaşı deyil - YENİLƏNİB

590 | 2024-07-27 22:31

Biləsuvar rayonunun Arazbarı kəndində yerləşən soyuducu anbara baxış keçirən zaman yıxılaraq ölən şəxs - 1976-cı il təvəllüdlü Quluyev Fövzi Manaf oğlu Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müqavilə əsasında cəlb edildiyi mütəxəssis olub.

Bu barədə FHN-dən Adalet.az-a bildirilib.

Ağır dərəcəli qapalı kəllə-beyin travması alan F.Quluyev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

 

***20:36

Biləsuvar rayonunda FHN-in əməkdaşının ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Adalet.az-ın məlumatına görə, hadisə Arazbari kəndində yerləşən soyuducu anbarda qeydə alınıb. Belə ki, Bakı şəhər Suraxanı qəsəbəsinin sakini, 1976-cı il təvəllüdlü Quluyev Fövzi Manaf oğlu həmin obyektdə xidməti vəzifəsinin icrası ilə bağlı baxış keçirən zaman hündürlükdən yıxılıb.

Ağır dərəcəli qapalı kəllə-beyin travması alan F.Quluyev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

 

Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

Adalet.az xəbər verir ki, hadisə Səmədabad kəndində qeydə alınıb. Fövqəladə Hallallar Nazirliyinin (FHN) əməkdaşı, Bakı şəhər Suraxanı qəsəbəsinin sakini, 1976-cı il təvəllüdlü Quluyev Fövzi Manaf oğlu hündürlükdən yıxılıb.

Ağır dərəcəli qapalı kəllə-beyin travması alan F.Quluyev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin təfərrüatları araşdırılır.

Faktla bağlı araşdırma aparılır./report

TƏQVİM / ARXİV