Rusiya Ukraynanın itkilərini yenilədi

119 | 2024-07-27 17:23

Rusiya müharibənin 885-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Adalet.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 630 təyyarəsi, 278 helikopteri, 28 545 PUA-sı, 556 zenit-raket kompleksi, 16 698 tank və digər zirehli texnikası, 1 390 reaktiv yaylım atəş sistemi, 12 446 artilleriya və minaatanı, 24 115 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.

TƏQVİM / ARXİV