Türkiyə Rusiya-Ukrayna arasında atəşkəs danışıqlarını dəstəkləyir.
Adalet.az-ın “Haber Global”a istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan macarıstanlı həmkarı Peter Siyarto ilə birgə mətbuat konfransında deyib.
O qeyd edib ki, rəsmi Ankara Rusiya-Ukrayna arasında həm atəşkəs, həm də hərtərəfli sülh danışıqlarını dəstəkləyir.