İran bu ölkələrə xəbərdarlıq göndərdi

318 | 2025-04-06 18:07

İranın Ali dini lideri Ayətullah Əli Xamenei İran silahlı qüvvələrini yüksək döyüş hazırlığı vəziyyətinə gətirib.

Adalet.az xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb. İran rəsmisisinin sözlərinə görə, ölkə İraq, Küveyt, BƏƏ, Qətər, Türkiyə və Bəhreynə ABŞ-nin mümkün hücumuna dəstəyin düşmənçilik hərəkəti sayılacağına dair bildirişlər göndərib. Bura onların ərazisindən hücumlar üçün istifadə daxildir.

Eyni zamanda, İran və ABŞ arasında dolayı danışıqlar tezliklə başlanacağı da istisna edilməyib. Bunun üçün Vaşinqtondan siqnal lazımdır.

  • Aprel:
  • 4

TƏQVİM / ARXİV