
Acun Ilıcalının Bakıya gəlişi və onunla görüş üçün biletlərin qiyməti kasıb siqmentin müzakirə mövzusudur. Varlılar isə şad-xürrəm həyatlarına davam edirlər.
Onlar arxivlərinə Acunla görüşdən xatirə şəkilləri əlavə ediblər.
Əziz kasıblar, ola bilsin ki, problemlərdən burnunuzun ucunu görə bilmirsiniz. Başa düşürəm.
Məsələn, belə baxanda sizin üçün kitaba verilən 10 manat da artıq xərcdir,
İstəyirəm ki, "Adam necə kasıb olur?" mövzusunda görüş keçirim. Biletlər də 10-90 manat arası. Siz də gəlib dinləyib bir də o səhvləri etməyəsiniz ki, varlı ola biləsiniz.