Bilmirəm, girişi necə verim, necə deyim – hər şey deyilmiş kimidir. Adama elə gəlir ki, sondur, bundan o tərəfi yoxdur, amma hər gün eyni şey təkrarlanır, təkrarlandığı üçün də adiləşir.
Bir can alınıb – bizdən olduğu üçün. Bizim bəxtimiz ondan bir az çox gətirib, düşməndən uzağıq, o isə düşmənə çox yaxın idid, düşmən də onu yaxın bilmədi – öldürdü!
Uşaq idi – həyata bağlı, hələ böyüməmişdi, onu həyata nələrin daha çox bağlayacağını bilmirdi.
Bizsə, bilirik bizi həyata daha çox nələr bağlayır, bu bağları qırmağı hələ bacarmamışıq. Bacarmırıq da…
Zəhranın ölümü həyatımızın bir gününü də zəhərə çevirdi, zəhərlənən adamlar kimi bulana-bulana gəzdik. Nə boğazımızdan yemək keçdi, nə də su.
Səhərə qədər yata bilmədim, çöldə qaldım, yemədiyim "şeyləri" qaytarmaq istəyirdim, qaytara bilmirdim. Hamı kimi, mədəmdəki "boşluğu" doldurmaq istəyirdim.Axı mədəmizi dolduranda biz hər şeyi unuduruq…
Düşmən alçaqdı, alçaqdan vurur. Bəs biz niyə bu qədər alçalırıq?!Zəhranın atasının mədəsinin boş olduğunu bildiyimiz üçün ona iş təklif edirik. Mədəsini doldursun, Zəhranı unutsun?!Bəlkə də, dünyanın ən uca yerində biz qədər alçalanlar yoxdur.Günahkar bizik, düşmən təcrübədən keçirib, bilir ki, Zəhranın ölümü qisas hissi yaratmayacaq! Yoxsa, Zəhranın atasının yerinə, gülləni ona tuşlamazdı. Düşmən bilsə ki, Zəhranın atası bir Zəhraya görə əvəzində on nəfər öldürəcək və yaxud ən azı buna cəhd edəcək, o, bu qələti etməz!Çünki düşmən hələ belə təcrübə ilə rastlaşmayıb.
Düşmən bizi bizdən yaxşı tanıyır.Bilir ki, biz yandırdığımız binada, yanan körpənin əvəzinə ev almışıq və yaxud ondan da böyük mənzil almışıq – susmuşuq!
Və yaxud uçan binanın altında qalan iki gəncin yerinə müxtəlif "əvəzləşmələr " etmişik –susmuşuq!
Maşınımızın altına "saldığımız" insanların əvəzini maşınla ödəmişik –susdurmuşuq!
Səhlənkar həkimlərin yarıda qoyduğu ömürə "Allahın işidi" deyib –susdurmuşuq!
Dövlət var, ordu var, silah var – bunu bilirik; dövlətin əlini bağlayan səbəbləri də bilirik – beynəlxalq təşkilatlar, super dövlətlər… Bunlarla üz-üzə gəlməyin dövlət olaraq çətinliyini də bilirik, bunlar öz yerində.
Olmayan vətəndaşdır, şəxsdir, fərddir.Bu gün dünya güclərini qorxudan dövlətlər, ordular deyil, vətəndaşlardı, fərdlərdi, şəxslərdi. Necə ki, bir ordunun edə bilmədiyiniMübarizetdi – vətəndaş, fərd, şəxs kimi. Necə ki, bir dövlətin, bir ordunun edə bilmədiyiniŞahbaz, Həsən, Dilqəmetdi. Qisaslarını aldılar – bir vətəndaş, şəxs, fərd olaraq…
Düşmən böyük güclərlə dövlətimizin, ordumuzun qolunu bağlaya bilər, müasir dövrdə bu mümkündür, reallıqdır, amma biz düşmənə göstərməliyik ki, vətəndaş olaraq, fərd olaraq, şəxs olaraq, bizim qolumuzu başqaları ilə bağlamaq mümkün deyil!Biz mübarizəmizi, qisasımızı, vətəndaş, şəxs, fərd olaraq aparmalıyıq, almalıyıq, şəxsi qisasımızı önə çıxarmalıyıq, düşməni qorxutmalıyıq!
Zəhranın atası hərbi geyimdə yox, mülki geyimdə düşmən səngərində özünü partlatmalıdır – heç nə düşünmədən, ən azı, on düşmən öldürməli, cəsədlərinin parçalaraını göyə sovurmalıdır! Zəhrasının qisasını almalıdır! Nümunə, təcrübə yaratmalıdır, düşməni vahiməyə salmalıdır! Amma bundan öncə, ən uca yerlərdən birinin zirvəsinə qalxmalı, hamımızın eşidəcəyi səslə deməlidir:"Məndən sonra Zəhralarının qisasını almayanların …" !!!