adalet.az header logo
  • Bakı 6°C
  • USD 1.7

““Möhtəşəmlər”in “siyasi sığınacağı”” - Aydın Can yazır

AYDIN CANIYEV
65485 | 2020-07-28 09:40

TARİXƏ EKSKURS:

Mənim nəzərimdə üç cür qəhrəmanlıqvar: situativ, intuitiv, genetik!

Amma mənim tanıdığım Aqil Abbas"3-ü 1-də” qəhrəmandır: yəni nadir hallarda hər üç halın qəhrəmanlığını biradam edib: Nobel – biznes imperiyası qurmaqda, Heydər Əliyev – siyasətdə, birdə... AqilAbbas – yaradıcılıqda! Situativ-intuitiv-genetik qəhrəmanlığın hər üçünüuzlaşdırmaq triumfal uğurdur, seleksionerlik məharətidir!

İntuisiyası situasiyanı nəzərə alıb, genetikasından (xaraktercə lider, öncülolmaq azarı, AĞDAMlı "tripaç”lığı-lotuluğu) irəli gələn KÜBARLIQ... qoymayıbdalğanı və koordinatı tribuna və trona yönəltsin! Bu, doğrudan da AQİLlik vəMÜDRİKlikdir!

Və... Aqil Abbas bütün potensialını sərf edib... ədəbi-bədii yaradıcılığa –"Batmanqılınc”dan Qədir Rüstəmova, ta "Dolu”yacan, publisistikaya –saysız-hesabsız, hətta söyüş folkloruna – yaramaz, yarıtmaz "maral”əməkdaşlardan "ceyran” soydaşlaracan, lətifə obrazına – dostlarla sərgüzəştlərta gedib Ramiz Rövşənə çıxır!

Aqil Abbas heç vaxt sözü altda-ayaqda saxlamayıb, söz altda da qalmayıb, SözüALT qatından ÜST qata qaldırıb, ALT-ÜST etməyib Sözü! Alt-Üst Sözü deyənəyedirdib – hələ tələbə olanda: tay-tuşları, dostları, qohum-əqrəbası şahiddirrəhmətlik müəllimi Qulu Xəlilovun bircə özünə dediyini üç elin yığışdığıməclisdə yadına salmağına!

Mən 45 il əvvəldən danışıram, 40 il əvvəli xatırlayıram, 35 il əvvəli göz önünəgətirirəm və 30 il öncə olmuş olaydan başlayıram danışmağa!

Elə əsas olanı da 30 il əvvəl olandır! 45 il, 40 il, 35 il əvvəlkilər AlimQasımov oxuyan kimidir: "Qalanİ xatirədir!!!”

30 il əvvəl az adam bildi ki, bu ölkədə söz alt-üst olmağa doğru gedir və artıqAqil Abbasa müdir olacaq adamlar ya onun müdiri olmaq istəməz, ya da elə AqilAbbas müdirə tabe olacaq statusda deyil!

Aqil Abbasın intuisiyası onu mətbu qəhrəmanlığa təhrik, sövq, məcbur edirdi!
Bir şöbədə işlədiyi Mehman Cavadoğlu da yeni düşüncənin, yeni formasiyanıntəsdiqinə, tətbiqinə, təqdirinə könül vermişdisə, Aqil Abbas... öz yerinigöstərməliydi və bu ƏDALƏTli olardı, hər yanı "ƏDALƏTin BUmu DÜNYA?” şarkısınınməxməri, zərif, kövrək üsyanı, etirazı bürümüşdüsə!
Ən ədalətli sözü qəsd, zənn, güman, iddia edən Aqil Abbas intuitivqəhrəmanlığını situasiya üstündə gerçəkləşdirmək cəsarətini tapdı – genetikkodları sözünü deyirdi. Qalırdı Aqil Abbasın sözünü deyib qəhrəmana çevrilməyi!
1990-cı ilin bu günlərində - hər gün "Azərbaycan” nəşriyyatında çap olunanbütün qəzetlərdən bir nüsxə götürüb oxuyan, öyrənən, sözün sözdən fərqinianlamağa başlayan yeniyetmə, üstəlik də mogikanların müridliyində olan birikimi deyirəm: HEÇ KİMİN heç vaxt, özü də elə gözəllik(l)də demədiyi "oborot”dadedi Aqil Abbas:
- ... filan işin maaşını filankəs alır!



Ən ədalətli ittiham idi, bunu ancaq və ancaq "ƏDALƏT” adlı qəzetdə oxumaqolardı!
"Ədalət” qəzetinin ədaləti təkcə bu deyildi: bu qəzetdə Azərbaycanın bu günününən işıqlı imzaları göründü! Ən işıqlı insanları göründü, ən işıqlı yazılarıgöründü! Tələbələr Vahid Qazidən, Yusif Rzayevdən Adil Minbaşıyacan! Bəlkə dəvə həqiqətən də ayrı redaksiyalarda ayrı sanballı imzalar ayrı işıqlı imzalarıbacardıqları qədər xəlvət, dolayısıyla qəyyumluğa almışdılarsa, məhz Aqil Abbasilk gündən bu günəcən həmişə və açıq-aşkar işıqlı imzaları-gəncləri qanadıaltına alıb! Təmənnasız! Aqil Abbasın bu ƏDALƏT SİMFONİYASINI görən yaxınlardanÜZDƏ bu yolu getdiyini sərgiləyənlər də oldu, amma MAHİYYƏTDƏ Aqil Abbas yolugedə bilmədilər, Aqil Abbas ola bilmədilər – redaksiyalarını "olvis-ultra” iyigötürdü, amma yazılarını nəinki redaktə edənə, hətta oturub təzədən yazana birstəkan çay verən "xanım” tapılmadı o "qəyyumuğa götürülmüş imzalar”dan! Çox tezüzə çıxdı elələrinin "qəyyumluğunun” nədəni: mesaj qutusundan ero-porno-seksualarzular-istəklər uçuşdu, "imza” olanı da oldu, "sevgili” olanı da, məşuqəyəçevriləni də! Bir az cəsarətli olanı hətta mətbuatda açıq mətnlə xatırlatdı...
Aqil Abbasın təqdim etdiyi imzalardan heç birini...
Bir dəfə Şirməmməd Hüseynov "Azərbaycan gəncləri” qəzetində BəxtiyarVahabzadənin yazdığı növbəti "Uğurlu yol”u oxuyur və zəng edir deyir ki:
- A Bəxtiyar, haindi sənin "uğurlu yol” yazdıqların axırda ya taksi şoferiolur, ya da... bu, hansındandır!?
Aqil Abbasın "Ədalət”də təqdim etdiyi imzaların heç biri bu 30 ildə nə taksişoferi olub, nə də...
Amma... amma... amma... Aqil Abbası fikirlərinə görə ittiham edənlərin "as” və"möhtəşəm” yazarları ya Püstəxanım kimi "ikinci "kruq”u vurur”, ya "taksişoferi”dilər, ya da... onları taksi vurmasa da, "taksi”lərdə "fırlanırlar”!
Aqil Abbasın qəyyumluğuna əlavə bunu da deyə bilərik ƏDALƏT naminə: hamısı İMZAoldu! Qəyyum olduğu kimi, qəyyumluğa aldıqları da İMZAlar olub!
Var olduğu 30 ildə "Ədalət” sabit, yeganə düzxətli prinsipə malik qəzet olaraq,mətbuata MAARİFPƏRVƏR missiya ilə gəlib də, qalıb da, davam da edir!
30 ildə dilənməyən YEGANƏ CİDDİ qəzet olub "Ədalət” - ədalətli olaq: reketlərləqarışdırmayaq!
30 ildə dilənçi gününə düşənlərin qəzeti olub, dilənən jurnalistləri yaşadıb"Ədalət” - ədalətli olaq!
30 ildə... köhnə də olsa, işlənmiş də olsa, sözü bir az bilən, bir az abrıolan, bir az zəhmət çəkən imza üçün ev olub, ad olub, ocaq olub "Ədalət” -ədalətli olaq!
30 ildə təzə və isti, işıqlı söz deyə bilən üçün meydan olub, tribuna olub"Ədalət” - ədalətli olaq, unutmayaq... ədəbiyyat əlavələrinə yer verən,yazılara qəzetdə çıxandan sonra baxan baş redaktor olub Aqil Abbas!
Aqil Abbas sözə qazanc kimi baxmayıb, sözə qazanc kimi, şöhrət kimi baxanmiskin şairlərə, yazıçılara, jurnalistlərə həyatı anlayana, sözün missiyasınıdərk edənə, bilənə qədər xeyriyyəçi olub, sağ əlinin verdiyini sol əli "gördüm”deyəndə kəsib, vicdanını hələ itirməyəni olanda, götürməyəndə, götürtmək üçünözünü də, etdiyini də güldürüb deyib: "pul verən birqat axmaqdır, pulugötürməyən ikiqat axmaqdır”!
Bu qədər doğmalıqla, əzizliklə yanaşıb, təmənnasız olub, içindən şırımlarçəkilib istedadlı uşaqları-imzaları öz çirkin oyunlarına çəkən siyasilərigörəndə, haray çəkib: "nə işi var Elnur Astanbəylinin, Qan Turalının, AqsinYeniseyin bu siyasi dartışmalarda!?” Onda Aqil Abbası ittiham edən ayağıcarıqlı,çiynipatavalı "ziyalı-dahi”lər indi bəyanatlar yapırlar orden-medal eşqinə:"yozoço-şoor octomoi movqoyono boldormoyo do bolor!” Sartrınşeyləriylə-yazdıqlarıyla azadlıq carçısı-fədaisi, mübarizi statusunayüksəldilən Qan Turalının "Azadlıq”ın səhifələriylə onanizm yapmasına, sondamanekenə çevrilməsinə susan həmin postmodern gerizəkalılar Aqil Abbasın azındanon il öncə Söz və Söz Adamı təəssübünü topa tuturdular!
Amma Aqil Abbas "Ədalət”iylə ədalət sərgiləyirdi – söz üçün, söz adamlarıyçün,halbuki... onun qəzeti söz deməyə gəlmişdi, söz davası açmağa yox! Bunu da etdi"digər işlərlə” bərabər!
O "digər işlər” Ağdamın A-sını deyəndə rəngi qaçan, dodağı uçuqlayan, ürəyininhəyəcanı, qanı gözlərinə çıxan Aqil Abbas daşınırdı cəbhə yollarına! Öz qohumlarıdöyüş meydanında şəhid olurdu, lənkəranl həkimi ordudan tərxis olunmaq istəyəniyerində güllələyəcəyini deyən Fəhmin Hacıyevin əlindən alıb evə göndərirdi ki,get, dərin yanıqlar üzrə mütəxəssissən, əsgərin yarasını tibb bacısı dasarıyar! Və... bunu təmənnasız edirdi!!! Ondan alırdı, bundan alırdı – polisrəisindən ta nazirəcən... daşıyırdı rəis-nazir tanımayan döyüşçü balalara,batalyonlara! O aldıqları pullarla sabah oxucuya çatması, oxunması üçün dozaklaldığı, çap xərcini ödədiyi qəzetdə yubileyini, təltif olunmasını təbriketdiyim yazını verməyən adamlar "iqtidardan orden alıb” ittihamına qalxanda"sizin ədalətinizi Aqil Abbasın "Ədalət”i s..evsin” deməkdən başqa söztapmadım! Tapdım e, dedim də, amma bilmirəm bu yubiley yazısında nə qədəruyğundur təkrarlamaq – çalışıram ədəbli şəklə salım deyim: "Birinə "əclaf” deyirsənsəhansısa prinsipə görə, əgər ədalətlisənsə, elə o prinsipə görə də elə"əclaflığı” öz "doğma qızın” edəndə ona da "əclaf” de! Öz "qız”ına demirsən,amma ayrısına deyirsən! Prinsip bir olmalıdır və hamıya eyni cür tətbiqolunmalıdır! Deyilmək növbəsi sənin "qız”ına çatanda susmamalısan!”
Nə isə... tovuzlular demiş, aaana raddolsunlar!
... Bu ölkədə hər şeyi və hər kəsi gözdən salmaqla məşğuldurlar, o cümlədən dəədaləti!
Atam son nəfəsinəcən bacardığını mənə etsə də, arada cəzanə gəlirdi, diləgətirirdi, görürdüm bu kənd kişisinin xəyallarında mən indi göylərdə təyyarəsürməliyəm! Arqument o qədər tutarlı olmalıydı ki, adamın hövlü yerinə gəlsin.Deyirdim:
- Məmməd, bu ölkənin üç prezidenti didərgin salınıb, daxili işlər, xariciişlər, səhiyyə naziri, iqtisadi inkişaf naziri, spiker, baş nazir, milliqəhrəmanı türmədədir e, sən, sırıqlı pencək geyinən kişi, nə istəyirsən, oğlunharda olmalıdır ki? Hələ içəri qoymayıblar, şükür elə! O biri tərəfdən, hardaişləməliyəm ki, bu ölkədə Mehman Fərzullayev, Şakir Yaqubov, Mehman Cavadoğuişsizdir e! Yaxşı, mən araq içdim axmaqlıq elədim, söyüş söydüm, hacı Mehmanneyləyib, 1 il 3 aydır fasiləsiz oruc tutur! Şakir Yaqubov, Mehman Cavadoğluneyləyib?
Və... Bakıya qayıdanda Şakir Yaqubovu... "Azərbaycan” nəşriyyatının qabağındagördüm. Salamlaşdıq!
Sevindim ki, yəqin işə düzəlib!
- Yox, Aqil Abbas özü axtarıb tapmışdı, dedi ki, yazılarımı verim, qonorarverəcək!
- Şaaakir müəllim...
- Nədi? İki qızın ikisi də tələbədir! Dərsə gedirlər...
Mənim nəzərimdə Şakir Yaqubov heç vaxt birinci olmasa da, həmişə "Birinciolmayan Birinci” olub! Görmüşəm, şahidəm! İndi... iki dəfə - Azərbaycan SSR-invə Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Şakir Yaqubov yazıyazıb gətirib yığdırıb çapa verirdi və qonorar alacaqdı!
Mənim Aqil Abbasa sonsuz sayğım, sevgim olsa da, Şakir Yaqubovun redaksiyayayazı gətirib qonorar almaq ümidinə qalması - 45 il əvvəlki kimi, - heç də xoşdeyildi, amma Şakir Yaqubov deyəndə ki, Aqil Abbas özü axtarıb... mən ədalətinisöydüyüm dünyada Aqil Abbasın "Ədalət”inə səcdə edirdim.
Şakir Yaqubov "Azadlıq”da futboldan yazırdı, "Novator.az”-da "Yaddaşımınküncündən” silsiləsini, "Panorama”da atasıyla-anasıyla, özünün özüylə də işyoldaşı olan Araz Zeynalovun baş redaktorluğu altında fasiləsiz çalışırdı!
Mən Aqil Abbasın "Ədalət”inin bu dünyanın pozulmuş mizan-tərəzisinə pərsəngverməsinə səcdə etməyə bilməzdim!
Azından 50 imzanın "yaşıl işığı” – bugünkü özünü müstəqil və azad mətbuatınnümayəndəsi sayan (tam olmasa da, bir çoxu o statusu qoruyur) "as” və "mübariz”imzalarının "baş məşqçisi” Mehman Cavadoğlu 60 illik yubileyini keçirtdi illəröncə! Və... illərləydi işsiz idi!
Bu gün "Ədalət”dədir, yazır, pandemiyaya qədər redaksiyaya gəlirdi! Onuredaksiyada görəndə dedim: "Atamı görsəydim burda, belə sevinməzdim!!!”...
Yenə səcdə etdim "Ədalət”in varlığına. Mehman bəyi "gözlərimiz görsün, ruhumuzşad olsun” deyə, artıq ünvan bəlliydi, bir bəhanəylə gəlib, əlini öpüb gözümüzüstə qoymaq şansı vardı!
Bu... Aqil Abbasın "Ədalət”ində və ədalətiylə nəsib olurdu!
Hər zaman işıqlı imzalar ocağı olub "Ədalət” dedim, ya...
Emin Piri ordadır indi!
Eminquey Akif ordadır indi...
Faiq Qismətoğlu – sevimli müəllifim əvvəldən ordadır!
Əbülfət Mədətoğlu – sevimli şairim çoxdandır ordadır!
Mahir Qabiloğlu olmasa da, yazıları ordadır!
İlqar Rəsul olmasa da, yazıları ordadır!
Əzizə İsmayılova orda olmasa da, yazıları ordadır!
Ayaz Arabaçı orda olmasa da, özbəöz öz qəzetidir!
Firuz Mustafanı orda görmək səadəti nəsib olur!
Fazil Mustafa da həmçinin – sosial şəbəkələrdə, digər yerlərdəkihətərən-pətərən, hərcayı müsahibələrindən fərqli olaraq, ağıllı, həqiqətənintellektual biri kimi tanıdığımız Fazil Mustafanı "Ədalət”də görən kimioxuyuruq: Aqil Abbas axmaq yazıları vermir axı!
Seyran Səxavəti, Zakir Fəxrini ayrı harda görərsən ki? Tofiq Abdin daha çoxharda yada salınır ki?
Xuraman Hüseynzadəni "Ədalət”dən tanımışam, sevmişəm yazılarını!
Aktyor, hüquqşünas, diplomat Rza Rzayevi imza kimi "Ədalət”dən oxumuruq ki?
Ümumiyyətlə, var elə bir imza ki, "Ədalət” ona qarşı ədalətsizlik etsin,görməzdən gəlsin!
İradə Tuncayın – oxucuları, pərəştişkarları, müəllifləri, əməkdaşları üçün...Ustad, Patron, Sultan, yazıçı, publisist, baş redaktor... - titanik zəhmətininnəticəsində yaranan yazılarından kim feyziyab olmur ki, cəhənnəm əzabı boydaqəzet yükünü çiynində daşıyan maarifpərvər Məleykənin hansı yazısından vazkeçirsiniz ki?
Ədalətli olaq "Ədalət”ə və onun yaradıcı-yaşadıcı kollektivinə... ədalətnaminə!
Və ədalətli olaq Aqil Abbası deputat olduğuna görə, dediyi fikirlərə görə!
Aqil Abbas Ağdamdan olub deputat seçilən sonuncu Ağcabədi əsilli ağdamlıdır!
Bu, onun haqqıdır... ədalətə görə və "Ədalət”inə görə!
İttiham edəndə heç olmasa bir gedin... deputatı olduğu bölgədə faydalılıqəmsalını araşdırın!
Bir faktı mən deyim: müqayisə edin Ağcabədidə Aqil Abbasdan əvvəlki təhsilinsəviyyəsini Aqil Abbasın deputat olduqdan sonra nail olduğu göstəricilərlə.Birinci ondan başlayın: nə qədər fərq var abituriyent qəbulunda!
Siz Aqil Abbasdan nazir işini, icra başçısı işini niyə umursunuz ki? Deputatdır,a kişi – qanunverici orqanda qanunların qəbul edilib-edilməməsinə düyməbasmaqdan ibarətdir ilk işi! Sonra müzakirələr zamanı çıxışları gəlir, sonravətəndaşların arzu, şikayət və təkliflərini dinləmək, çatdırmaq əlaqədarorqanlara, mükəlləf şəxslərə!
Həll etmək, icra etmək səlahiyyəti yoxdur, a kişi!
Yazmaq?.. Hamınızdan çox yazır da! Gündə 16 səhifə!
Bəs eləmir təbrik etməyə, "sağ ol” deməyə?
Bəyənmədiyiniz fikirlərini sizin bəyəndiyiniz kimi deyəndə inqilab edirsinizki?
Deputatlığınızı da edir, qəzet də buraxır sizin üçün! Qəzetinə aldığı puluevinə aparır, ya oğlanlarına ev üstündən ev alır?
Düzdür, Aqil Abbas verdiyini, etdiyini deyən deyil, amma nə yeri var "Ədalət”qəzetində sürmanşet verməyin: "Azərbaycan Respublikası Milli Məclisinin deputatımaaşını Aqil Abbas alır – ikinci dəfə dalbadal və... aldığı maaşı seçicilərinəxərcləyir! Hətta ayrı yerdən aldıqlarını da!”
Etirazınız yoxdur?
Di onda ədalətli olun, təbrik edin!
Adam yubileyi, ad gününü təbrik edər, umu-küsünü, ittihamı sonraya saxlayar.
Bunu və belə ədalətli və kişi adamlar edir!
Haydı, mənim ədalətli və kişi dostlarım: ayaq üstə, gurultulu, sürəkli,ardı-arası kəsilməyən alqışlarla
ƏDALƏT naminə "Ədalət” eşqinə!

P.S. bilirəm, çoxunun ürəyindən keçir ki,desin Aqil Abbas əvvəlki Aqil Abbas deyil! Amma ağ eləməyək də: Aqil Abbas eləhəmin Aqil Abbasdır, "Ədalət” də həmin "Ədalət” – maarifpərvər, dövlətinin vəxalqının yanında olan! Ədalətli və "Ədalət”li olaq!



TƏQVİM / ARXİV