adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

Nə gəzirdin Bığırda (Qarabağda)...- Əntiqə Rəşid yazır

Əntiqə RƏŞİD
3171 | 2023-07-01 14:30

Bu məsəli bir dəfə də hansısa bir yazımda çəkmişdim , yeri gəlib indi də çəkirəm.

Deyilənə görə, uzaq bir şəhərdə bir ər-arvad yaşayırmış. Həm çox kasıb imişlər, həm də övladları yox imiş. Bir yandan da yaşlanmağa doğru gedirmişlər. Qadın hər gün taleyindən gileylənər, ağlayıb-sızlayar, ərinin də gününü qara edərmiş. Günlərin bir günü kişi sevinə-sevinə evə gəlir, deyir: arvad, muştuluğumu ver, sənə xoş bir xəbər deyim. Arvad sevincək deyir ki, muştuluğun məndə, denən!


Kişi deyir ki, arvad bu gün bir kişi ilə bazarda rastlaşdıq, söhbətləşdik! Razılaşdıq ki, onun çox xoşbəxt olduğu və yaşadığı əraziyə köçək . Orda nə yemək dərdi , nə geymək dərdi çəkirsən .. Hər şey təmənnasız verirlir. Bütün günü də oranın sakinləri olan ozanlar çalır oxuyur, oynayır o ərazidəki insanlar da xoşbəxt yaşayır. Amma şərtləri var. Nəbadə, orda ağlayasan , sızlayasan, dərdli görünəsən!Həmin adamı qaynayan qazana yandırıb öldürürlər. Əgər bu şərtlə razısansansa, köçək ”Ozan”a.
Arvad razılaşır, köçürlər. Xoşbəxt yaşayırlar. Bir ay, beş ay beləcə keçir... Arvad günlərin bir günü yenə qəmə batır, taleyindən gileylənir... Əri ha yalvarır, ay arvad etmə-eləmə, şərti pozma...Ozanlar bilsə...


Elə bu anda ozanlar görürlər ki, arvad ağlayır! Şərt pozulub! Götürürlər arvadı basırlar qaynayan qazana...arvad bişib ölür... Əri bilir ki, bu olaya ağlamağın, sızıldamağın yeri yoxdu...yoxsa onun da vəziyyəti arvadından fərqli olmayacaq, başlayır qazanın böyür-başına oynaya-oynaya fırlanmağa, və astadan oxumağa: Nə gəzirdin "Ozan”da, başın qaynasın qazanda....
separatçılar Qarabağda İyunun 28-də məhv edilən erməni terrorçuların – Armo Abqaryan, Samvel Torosyan, Yervard Tadevosyan və Qaqik Balayan Ermənistana təhvil verilməsi ilə bağlı danışıqlar apardığını xəbər vermişdik.


BU gün - İyunun 28-də zərərsizləşdirilən iki hərbçinin - Yervand Tadevosyan və Samvel Torosyanın meyitləri Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən Yerablurda dəfn olunmaq üçün Ermənistana təhvil verilib. Hazırda sosial şəbəkələrdə ermənilərin “ah vayı, naləsi “ “məzlum”luğu ərşə qalxıb. Bunlar axı niyə anlamaq istəmirlər ki, Azərbaycan torpağına qan tökməyə gələnin qanı töküləcək. Bu təkcə Azərbaycanda belə deyil haaa! Dünyanın istənilən güşəsində , ölkəsində xaricdən ölkəyə girən əlisilahlı terrorçu mütləq yerindəcə məhv edilməlidir!


Ermənilərə başa salmaq lazımdır ki, Azərbaycan ərazisi olan Qarabağa əlisilalı gəlmədikcə ölməyəcəksən! Yox əgər gələcəksənsə göyçaylıların bir məsəlini xatırladaq: Nə gəzirsən Bığırda, Canavar da səni tuta çığırda?
Gözəlim planetimizdə nə anlamaz, dar kafa insanlar var e...





 

TƏQVİM / ARXİV