adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

-NİCAT NOVRUZOĞLU:

- BƏLKƏ,  YIXILIRLAR YAZIM?

- YOX, ÖLÜRLƏR  YAZ!

NİCAT NOVRUZOĞLU
3821 | 2021-08-27 14:06

Deməli, 5-10 «aypi» yığmaq üçün saytlarımız belə manşetlər atırlar: «Şok! Şok! Şok! Qardaş ülgüclə bacısının başını kəsdi»; «Ata qızının başını kəsdi»; «Qayınata gəlininin başını kəsdi»; «Qadın ərinin başını kəsdi».

Nəbilim, at gəldi örkən apardı, it gəldi çarıq apardı. Adi bıçaqlanma hadisəsin imillətin gözünə belə soxurlar. Və yaxud, «Filan aktrisanın çimərlik də biabırçı fotoları yayıldı. Bax: fotolar»; «Sibel Canın döşləri göründü. Bax: fotolar».

Bizim umsuqlar da tez girirs ayta ki ya Sibel Canın döşlərini görəcək, ya da  həmin aktrisanın  «biabırçı» fotolarını. Amma heç biri yoxdur.

Hansısa kinoda belə bir yer var.  Rusiyadan getmiş deyəsən bir jurnalist bir kinoaparata pul atır ki,  soyunan modeli görsün.  Model də soyunur-soyunur, əynində axırıncı geyimi qalanda aparat donur və yazır ki,  yenəpul at. Jurnalist də sağa-sola  baxır, görür heç kim yoxdu, yenə pul atır. Model  bu dəfə geyinir və çıxıb gedir.

İndi bizim saytlar da «aypi» xətrinə həmin yolu tutur.

TƏQVİM / ARXİV