O boyda ordu bir virusun önündə... - Yılmaz Özdil yazır

YILMAZ ÖZDİL
177114 | 2020-03-18 09:08

İtaliya…

Hamımız üçün ibrət dolu bir ölkə…

Nələri yanlış etdilər, nələr əksik etdilər, hal-hazırda nə edirlər?

Dərslərlə doludur.

( İtaliyanı Türkiyədə ən yaxşı bilən qəzetçi Korcan Karardır.

Orada oxudu, orada qəzetçilik elədi.

40 illik dostları, həmkarları var.

Türk-italyan münasibətlərinə qatqılarından dolayı İtaliyanın prezidenti ona "şərəf ordeni” verdo, "kavaliyer” statusuna layiq gördü və bu mükafata layiq görülən ilk qəzetçi oldu.

Korcandan rica etdim, İtaliya qeydlərini dərc etdi)

Virusun yoluxucu həddə çatdığı Lombardiya bölgəsi İtaliyanın ən zəngin bölgəsidir. Dünyanın ən məşhur moda markalarının mərkəzi Milano, Ferrarinin istehsal olunduğu Modena, Fiatın istehsal olunduğu Torino, parmesanın paytaxtı Parma, hamısı şimali İtaliyada yerləşir.

Halbuki virus epidemiyasının cənubi İtaliyada nisbətən kasıbların yaşadığı, nisbətən gigiyenik problemlərin olduğu Siciliyada çıxması gözlənilirdi, Napolinin qırılması gözlənilirdi. Amma belə olmadı.

Tam əksi oldu.

Ən zəngin bölgə virusun hədəfi oldu.

Çünki…

Bu bölgədə 20 min yevroluq çantanı, 10 min yevroluq ayaqqabını ucuz əldə etmək üçün çinli işçilərdən istifadə olunur. Çin qəsəbələri ar, ailələrilə birlikdə on minlərlə çinli işləyir. Bunlar Yeni ildə ölkələrinə qayıtdılar, geri gələndə özlərilə virus gətirdilər.

Hə, elə bu səbəbdən İtaliyanın və hətta Avropanın ən zəngin bölgələrindən biri olan Lombardiyada virus sürətlə yayılmağa başladı.

Marcello Ugolini…

İllərdir dövlət televiziyası RAİ1 və dövlər radiosu GR2-də işləyən, İtaliyanın ən təcrübəli, ən etibarlı qəzetçilərindən biri.

Türkiyəyə nə demək istəyirsiniz? – deyə soruşuruq.

İlk sözü bu olur…

"Bu iş çox ciddidir, bu işi çox, həm də çox ciddiyə almalısınız!”

"Sosial mediaya baxırsınız, eyvanda mahnı oxuan italyanları görürsünüz, bomboş küçələri görürsünüz, amma xəstəxanaları görmürsünüz!

Pərdə arxasında yaşananlar, yəni xəstəxanalarda baş verənlər yayımlanmadığı üçün görmürsünüz!

Mən sizə həqiqəti deyim.

İnsanlar komaya girərək ölmür, insanlar beyni işləyərkən, ağlı yerində ikən boğularaq ölür.

Kifayət qədər oksigen aparatı yoxdur.

Burada həkimlər məcburən insan seçir, yaşlıların əvəzinə gəncləri seçmək məcburiyyətində qalırlar. Bu çox çətin bi vəziyyətdir. Həkimlərin psixologiyası darmadağın olur.

İnsanlar təkbaşına ölürlər.

Yaxınlarını son dəfə də olsa görmədən ölürlər.

İnsanlar mobil telefonlarından görüntülü zəng vurub vidalaşırlar.

Lütfən, çox ciddi düşünün.

Lütfən, çox ciddiyə alın.

Lütfən çox ciddi yanaşın.

Başımıza böyük fəlakət gəldi.

60 milyonluq İtaliya xəbərdarlıqlara qulaq asmadığı üçün bel oldu.

İtaliyada qəbiristanlıqlar dəfn üçün bağlandı.

Koronavirusdan ölənlər bu məzarlıqlarda basdırılmır.

Virusdan ölənlər üçün ayrıca məzarlıq var.

Xüsusi tabutlarla, dəfn mərasimi olmadan.

Qohumları, uşaqları belə qatılmır.

Dövlət alır, aparır, basdırır.

Korona xəstəxanaları tikilir.

Romada sırf virus üçün 1500 yataqlı xəstəxana tikdilər.

Məşhur Milano fuarı, dünyanın ən məşhur moda markalrı rəsmi keçid edərdi, ən məşhur manikenləri bu gələrdi. Milano fuarının bağlı hissəsi 1600 yataqlı xəstəxana halına çevrildi.

Yenə Milanoda San Rafaele xəstəxanasının baxşasında iki böyük çadır quruldu. Qapalı tenis kortları kimi… Corona19 xəstəxanası adı verildi.

Bu işin dərmanı, peyvəndi yoxdu.

Oksigen aparatı lazımdı.

İtaliyada çatışmayan şey də budur.

İstəyirsən 100000 yataq hazırla, oksigen aparatı yoxdusa, çifayda.

Oksigen aparatı yoxdursa, karantinlərin heç bir mənası yoxdur.

İtaliya Avropa Birliyindən yardım istədi.

Heç kim yardım etmədi.

Almaniya, Fransa oksigen aparatını qoydum qırağa, heç maska da vermədi.

Guya ortaqdırlar.

Hamısı öz dərdinin hayındadır. Şanlı ortaqlığın maskası düşdü, maskası!

Sərhədlər yoxdur deyirdilər.

İndi sərhədlər divar oldu.

ABŞ-dan yardım istədilər.

Gəlmədi.

Çindən yardım istədilər.

Vuhandan qaalxan təyyarə gecə Roma hava limanına endi.

Çinli həkimlər, tibb bacıları gəldi.

Sonra içi oksigen aparatı ilə dolu bir təyyarə də gəldi.

Göz yaşları ilə qarşılandılar. Virus Çindən yayıldı, amma indi İtaliya xalqının ən sevdiyi, ən hörmət etdiyi çinlilərdir.

İtaliyada hələ təkcə Lombardiya bölgəsində indi günlük 300 min maska lazımdı. Apteklərdən aldığımız elə-belə maskalardan yox, həkimlərin, tibb bacılarının taxdığı maskalardan. Hər gün 300 min dənə… Və yoxdur.

Virusun aşkar olunması üçün test edilməlidir.

Test üçün kifayət qədər cihaz yoxdur.

Neçə nədərə yoluxduğunu aşkar edə bilmədinsə, karantin altına almaq belə imkansızlaşır, xəstəxanalara neçə nəfərin hücum edəciyini təxmin etməyin də imkansızlaşır.

İtaliyadakı faciə səbəbilə sadəcə Avropa Birliyi anlayışı deyil, "super güc” anlayışı da dəyişdi.

Təyyarəm var, gəmim var, dənizaltı silahlarım var, tanklarım var, nüvəm var. Amma heç bir işə yaramır.

"Super güc” olmaq çox yaxşı xəstəxanalara, çox yaxşı həkimlərə sahib olmaq mənasına gəlmir.

Özünü super güc hesab edən G8-in üzvü indi aciz vəziyyətdədir.

Silahlı qüvvələr əlbəttə ki, çox önəmlidir, amma səhiyyən, həkim ordun zəifdirsə, ölkənin sərhədlərini, vətəndaşının canını qoruya bilməyin mümkün olmur.


Dieqo Alba.

47 yaşında idi.

Milanoda təcili tibbi yardımda işləyirdi.

Yüzlərlə virus xəbərinin ardınca getdi, fədakarcasına işlədi.

Nəhayət virusdan öldü.

Elena Pagliarini.

24 saat fasiləsiz işləmişdi. Üzündəki maskayla kompüterlərin üstünə yıxılıb yatırdı. Birlikdə işlədiyi həkim dostu telefonla şəklini çəkdi. Virusla mübarizənin simvolu oldu.

Dövlət televiziyası ondan müsahibə aldı.

Səmimiyətlə danışdı:

"Hazırlıqsız yaxalandıq, nə edəcəyimizi bilmirdik, hansı xəstənin yanına gedəcəyimi bilmirdim. Çarpayılarının yanından keçəndə əlimdən tutub "nə olar, bizi xilas et” deyirdilər. Kömək istəyərək gözlərimin içinə baxan insanlarımızın çarəsizliyini ömrümün sonuna kimi unutmayacam, babalarımız II Dünya müharibəsi kimi inanılmaz bir dövrü keçməyi bacarmışdı, biz də onların nəvələri olaraq bu mərhələni keçəcəyik, amma lütfən ciddiyə alın, lütfən evlərinizdən çıxmayın, təmizliyinizə diqqət edin”.

Təqaüdə çıxmış tibbi personallar xidmətə çağırıldı.

Həkimlik həqiqətən də müqəddəs peşədir. Yaş etibarilə ən yüksək risk qrupunda olan təqüdçü həkimlər belə mübarizəyə qoşuldular.

İtaliyada adalar da daxil olmaqla hər yer bağlıdır.

Sadəcə apteklər, supermarketlər, çörək sexləri və benzindoldurma məntəqələri açıqdır.

İnsanlar küçəyə icazə kağızı ilə çıxırlar.

Yanlış oxumadınız…

Hamının bağlı olduğu bir polis bölməsi var, səhər o bölməyə electron məktub yollayırsız, ya da telefonunuzdan mesaj yazırsız, "bu evdə, bu küçədə yaşayıram, çıxıb çörək alacam” deyirsiniz, az sonra sizə "filan saatda çıxa bilərsiniz” deyə cavab yazırlar. O cavabı vərəqə çap etdirib cibinizə qoyursuz… Yəni yalnız bu yolla çölə çıxa bilirsiniz.

Qapıdan çıxar-çıxmaz mütləq ki, polis size saxlayır, soruşur, icazə kağızını göstərməsən evinə geri göndərirlər.

İtaliyada ömür uzundu.

Əhalinin çox hissəsi 80 yaşdan yuxarı olanlardır.

Yaşlıların ehtiyacları bələdiyyələr tərəfindən qarşılanır.

Hər gün qapılarının önünə lazım olan ərzaqları və dərmanları qoyurlar, təmas yoxdur, qapının önünə qoyub, zəngi çalıb təslim aldığını görənə qədər gözləyirlər. Hər gün…

Nəğd puldan istifadə olunur.

Sadəcə kart istifadə olunur.

Marketlərdə soyğun-filna olmur, çünki adamları bir-bir buraxırlar.

Marketlərin qapısının önündə sarı xətt var, hamı o sarı xəttin arxasında ən azı aralarında bir metr məsafəylə gözləyirlər. Biri girir, biri çıxır.

Cibimdə nəğd pul olsun deyə bankomata yaxınlaşsan, əliboş qayıdacaqsan.

Banklar bağlıdır.

Hələlik hamı kartdan istifadə edir, bir ay sonra kredit kartları şişəcək, kənarda pulun yoxdusa necə ödəniləcək, heç kim bilmir.

İtaliyanın şəhərlərindəki evlər çox kiçikdi. Küçədə gün keçirməyə öyrəşən adamların evdə oturmaqdan psixologiyası pozuldu.

Səhiyyə Nazirliyi xüsusi qaynar xətt yaratdı, zəng vururlar, mütəxəssislərdən psixoloji dəstək alırlar.

Hər kəs evdə olduğu üçün İtaliya TV-ləri reytinq rekordları vurur.

Məşhurlarla telefon bağlantıları qurulur.

Xüsusilə toplumun sevdiyi sənətçilər ekranlarda danışdırılır, hamı kimi evdə nə etdiklərini, Səhiyyə Nzzirliyinin xəbərdarlıqlarını səsləndirirlər, bu üsul toplumun xəbərdarlıqlara qulaq verməsi üçün daha təsirli, effektli olur.

Televiziyadakı ərzaq reklamları record qırır.

Tarixdə bu qədər uzun reklam olmayıb.

Amma məhsulların qiyməti dəyişmir.

Yəni bu böhranı özləri üçün fürsət bilirlər.

Bütün kilsələr bağlandı.

Vatikan tarixində belə bir hadsiə olmayıb.

Papa Fransisk bomboş Roma küçələrində İtaliya xalqı adına təkbaşına gəzdi, Via del Corsodakı San Marsello kilsəsinə getdi, insanlığın fəlakətdən qurtulması üçün təkbaşına dua etdi. Tək adamlıq ayini yerinə yetirdi.

İtaliya indi ölür, amma…

Əslində yepyeni bir ruhla ayağa qalxır.

Hər axşam saat 18:00-da eyvanlara çıxan adamlar İtaliya marşını oxuyurlar.

"İtalyan qardaşlığı” deyə başlayan milli marşla bir-birilərinə tutunmağa çalışırlar.

İtalyan mətbuatı sözün əsl mənasında "mətbuat əxlaqı” dərsi verir.

Gerçəkləri gizlətmirlər.

Hər şeyi bütün çılpaqlığı ilə yazırlar.

Senzura yoxdur.

Yalanlarla ruh yüksəkliyi yaratmağa çalışmırlar.

Bilgi ilə, öyrədərək, mübarizə gücü verirlər.

Məsələn, utanmadan yaltaqlıq edən yoxdur… İndiyə kimi tevizora çıxıb "Səhiyyə nazirimizə təşəkkür edirik, hökümətimiz sağ olsun” deyən, əxlaqsız bir qəzetçi görünmədi.

Hökümətdən də kimsə çıxıb "xalqı qorxudursunuz, təşvişə salırsınız” deyərək həbs hədə-qorxusu gələn olmadı.

İtalya dərslərlə doludur.

Ziyanın harasından dönsək xeyirlidir missal, təcili ibrtə almağımız lazımdı.

İtaliyanın bu fotosu təəssüf ki, on gün sonra dadımıza çata bilər.

Bu iş çox, həm də çox ciddidir.

Ciddiyətinə inanmayaraq bu hala gəldiklərini əsla unutmamalıyıq.


Dilimizə uyğunlaşdıran Eminquey



TƏQVİM / ARXİV