adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

 O xiyarın qabığını atmayın, qoyun jurnalist vicdanınızın üstünə  - Eminquey yazır

 

EMİNQUEY AKİF
514 | 2022-08-01 11:45

Deməli, jurnalistlər binasına neçə-neçə katibələrə, kimlərinsə saxladıqlarına ev verildi, jurnalistlər incimədilər.

Vüqar Səfərli prezident tərəfindən mediaya ayrılmış 1 milyon pulu (bundan əlavəsini də bilirsiniz) basıb yedi, jurnalistlər incimədilər.

Ölkədə baş vermiş ədalətsizlikdənhaqsızlıqdan nəinki işlədikləri media orqanlarındahətta şəxsi profillərində yazmaq qadağası qoyuldujurnalistlər incimədilər.

Üç yüz-beş yüz manat maaşın əlində girinc qalıb "inək" kimi sağıldılar, sözü "kamasutra"nın hər pozasında qayırdılar, jurnalistlər incimədilər.

İşlədikləri media rəhbərlərini orada işlədiklərinə görə sağda-solda haqlı-haqsız müdafiə etdilər, dostlarına, həm də çox yaxşı dostlarına sırf işlərini itirməyələr deyə qara yaxdılar, irad tutdular, utanmadılar, incimədilər.

Əli həsənovların və digərlərinin himayəsində oldular, bir qram tükləri tərpənmədi.

Hər cür alçaqlığa, şərəfsizliyə göz yumdular, baş redaktorlarına quyu qazıldı, müxbir dostlarının, yoldaşlarının torbaları tikildi, incimədilər.

Gözlərinin önündə hansısa "CIR"lardan jurnalist qayırdılar, aparıcı düzəltdilər, gətirib harasa rəhbər qoydular, haranınsa mətbuat katibi qoydular, incimədilər.

Nazirliklərin qapısında ağaca döndülər, zəng vurduqları vəzifə adamları bunları adam yerinə saymadı, incimədilər.

Mikrofonları itələndi, özləri döyüldülər, tutuldular, incimədilər.

İndi gəlib bir xiyara görə mısmırıq salladılar, a kişi, bir xiyara görə.

Bu saydıqlarım və hələ-hələ nə qədər saymadığım şeylər başınıza gətiriləndə kimlərinsə önündə xiyara dönən xiyarların önündə xiyar yerinə qoyulanda xiyar əyri bitmədi, indimi əyri bitdi?

Məsələ bilirsiniz nədir?

Çoxunuz mətbuata dəyəri elə o xiyarda görürsünüz. Sözün təmizliyi, azadlığı, vicdan, şərəf, qürur və sairə kimi şeylər o xiyardan önəmli deyil.

Ümid edirəm ki, bu boyda şeylərdən inciməyən siz mənim bu yazımdan inciyəcəksiniz. Hərəniz xiyarınızı əlinizə alıb düşəcəksiz mənim canıma.

Sizdən bir ricam var, o xiyarın qabığını atmayın, qoyun jurnalist vicdanınızın üstünə, maska kimi xeyirlidir, təmizləyir, fərahlandırır, bəlkə bir xeyri ola..  

  • Oktyabr:
  • 1

TƏQVİM / ARXİV