adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Parəsiz diasporun üzü qarədir - Vüqar Abbasov yazır

VÜQAR ABBASOV
77141 | 2019-08-28 09:09

Adəmi1adəm eyləyən parədir,

Parasız adamınüzü qarədir,

M.Ə.Sabir



Bir gün bir məclisdə xörəkdən söhbət düşür. Hərəöz sevdiyi xörək haqqında danışır. Bir tərəfdə əyləşən MollaNəsrəddin də söhbətə qarışıb deyir:

-Dünyada ən yeməli olan halvadır. Ancaq, zəmanənin üzü qaraolsun, neçə vaxtdır elə ha əlləşirəm, bişirtdirib yeyə bilmirəm.

Məclisdəoturanlardan biri Mollanın sözünü eşidib deyir:

-Ay Molla, halvada çətin şey deyil ki... Bir az yağdı, bir az bal, bir az da un, çaldır ye də.

Molla deyir:

-Dildə deməkasandı. Ancaq unun, yağın, balın üçünü də bir yerdə görmək çox çətin şeydi. Yağolanda un olmur, un olanda bal olmur...

Yazıma lətifə ilə başladım,onsuz da günümüzdə çox şey lətifəkimidir; kimi bu lətifələrə aşkar gülür, kimi gizlində. Bəzi lətifələr var ki, üzdə gülüş, qəlbdəağrı yaradır...

Bu dəfəki yazımın mövzusudiaspor fəaliyyətindəndir. Vətəndəoturanların əksəriyyəti xaricdə yaşayan hər kəsdən fəaliyyət, daspor fəaliyyətigözləyir və bir ucdan da tənqid edirlər."Bizim diaspor heç nə etmir,” "Əşşi, diaspor var?” və.s. bu kimiittihamlara rast gəlmək adi halalıb. "Əşşi, diaspor var?” deyındə isə fəaliyyəti, diaspor fəaliyyətini nəzərdətuturlar. Hələ bir də Xocalı soyqrımının anımı ərəfəsində və digərbu kimi vaxtlarda ittihamların, ittiham edənlərin sayı daha da artır.İnsafnan desək, həmən ərəfədə diaspor təşkilatrəhbərlərinin bir çoxunda da canlanma hiss olunur. Fəaliyyət göstərmiş kimiolurlar. Kimi mitinq təşkil edir, kimipetisiya imzalatmaq hayına düşür, kimi ora-bura müraciət edir və.s. Niyə"fəaliyyət” deyil, "fəaliyyət göstərmiş kimi?” yazdığıma aydınlıq gətirim. Yox,kimsənin zəhmətini, əməyini görməzdən gəlmək istəmirəm. Ürəkdən edilmiş hər birişi, bu işləri edən hər bir kəsi alqışlayıram.Ona görə elə yazdım ki, illərdirki, eyni şeylər edilir; mitinqlər keçirdilir, petisiyalar imzalanır,ora-bura müraciətlər olunur və.s. Təbii ki, də bunların faydası da olmur vəetdikləri müraciətlər də kağızda olursa zibil yerinə, elektron poçtla olursa"delete” düyməsi ilə başqa zibil qabına gedir.Yəni illərdir eyni hərəkətlər və eyni nəticə, yəni nəticəsizlik. Eyni hərəkətiedib fərqli nəticə gözləmək də ağıl məhsuludeyil. Ancaq yenə də bunları edirlər, edirik. Niyə? Çünki "sınanmış” yollagedirlər və bu yol rəsmi Bakını, aidiyyatı qrumu qane edir. Bəlkə də bunlar elə onların istəkləri üzərinə edilir. Bəzilərininisə bacardığı budur. Bəziləri qəzetlərə (Azərbaycan mətbuatına) düşmək üçün nəsəetmiş kimi görsənmək istəyir. Bəziləri səmimidir, yəni elə bunu fəaliyyət bilirvə.s. Əlbətdə ki, istisnalar hər zaman var; universitetlərdə, digər bu kimi önəmliyerlərdə tədbir keçirdən təşkilatlarımız da var.

Diaspor fəaliyyəti çoxşahəlidir;milli bayramlarımızı keçirtmək, soydaşlarımızı bir yerə yığmaq, məktəblər təşkiletmək, yerli siyasət adamları və mətbuatlaəlaqələr yaratmaq və.s. Bunların hamısıçox vacib məqamlardır. Sonuncu, və.s.- dənöncə olan, yəni siyasət adamları və mətbuatlaəlaqələr isə həssas yerimizdir.

1 Beytdə "Adəm” sözlərini"diaspor” kimi oxuyun

Gerçək fəaliyyətlə məşğul olmaq üçün bir neçəşərtləri var:

1. İstək, qəlbən istəmək

2. Bilik

3. Bacarıq (təşkilatçılıq və.s.)

4. Maliyyə, yəni pul və.s.

Bu yerdə yuxarıda yazdığım lətifəyada düşür; bizdə də yuxarıda sadaladığım bu dörd ardıcıllığı bir yerdə tapmaq çox çətin məsələdir. Kimində istək var, bilik yox. Kimində bilik,bacarıq, pul var, istək yox. Kimində bilik, istək var, pul yox. Kimində pul, istək var,başqa şey yoxdur. Bir sözlə, hamısını bir yerdə görmək olmur.

Bizdə fəaliyyət deyiləndə tədbir başadüşülür və sual olunur ki, nə tədbir keçirdəcəksən?! Sanki fəaliyyət ancaqmitinq keçirtməkdən, özümüzünküləri zala yığıb kino göstərməkdən, bir-ikiidamançının döyüşünü təşkil etməkdən və.s. bu kimi tədbirlərdən (tədbir bunlaradeyirlər) ibarətdir... Bu da biliksizlikdən irəli gəlir. Tarixi bilmirlər, qarşıdakı düşənin kimliyinibilmirlər. Yəni bilmirlər ki, düşmən hansı mərhələləri və necə keçib. Bilmirlərki, bu fəaliyyətlə, Ü.Hacıbəyovun dili ilə desək, ancaq siçan boyda işlər görərlərki, kənardan da bir pişik çıxıb bizi yeyə bilər.

...Gələk mətbuatla, siyasətadamları ilə işləməyə. Kiməsəyətoxunmadan özümdən yazacam, təvazökarlıqdan kənar çıxa biləcək məqamlar varsabu başdan üzr istəyirəm. Zaman-zamanüzvü olduğum yerli (Niderland) Jurnalistlər Birliyinin tədbirlərinə dəvət alırvə çoxlarına da qatılırdım. Əlaqələr yaratdım. Bu əlaqələrdən istifadəedib dəfələrlə Niderland paramentindəgörüşlər keçirtdim. Digər siyasət, işadamları ilə çoxsaylı görüşlərim oldu. Yerli qəzetlərə müsahibələr, yazılarverdim, raidolarda çıxışlar etdim və.s. Niderlandlı dostum Vim van Embdenlə (Wim vanEmbden) birlikdə yaratdığım "Connect” təşkilatına niderlandlı dostlarımı cəlb etdim ki, onlarınarasında yerli jurnalistlər, siyasət adamları və hətta yerli qəetlərdən birininbaş redaktoru da daxildir. Əlbətdəki, onlar məndən, necə deyərlər, hərəkətgözləyirdilər. Adları təşkilatda olsun deyətəşkilata gəlməmişdilər. Bir neçə dəfəonların müsahibələrini yerli Niderland mətbuatında təşkil etdim, onlar dilə gətirdilərbizim problemləri, Qarabağ ağrımızı.Bütün bunları öz gücümə etmişdim. Ancaqdaha çox etmək istəyirdim, niderlandlı dostlarım da bunu istəyirdilər.Niderlandlı dostlarım istədilər ki,bizim üçün nəsə etsinlər, ancaq mənim imkanlarım da bir yerə kimi imkanverir. Bu yerdə isə növbə gəlib çatdıyuxarıda sadaladığım dördüncü bəndə, yəni maliyyə məsələsinə. İstədim ki, yerli jurnalistlərin dəçalışacağı bir sayt yaradım, alınmadı. İstədim ki... alınmadı və nəhayət istədimki, yerli jurnalistləri Azərbaycana gətirim, yenə alınmadı. Buna görə kimisə qınayıram? Yox!!! Kimsəniqınamıram. Öz maliyyəm çatmadı, bundan kimə nə? Əvvəllər bir neçə dəfə bu və digər bu kimi təkliflərləyazılı və şifahi müraciətlərim olub olub, dostların israrlı xahişləri ilə. "Sən deməyəndən sonra kim nəbilsin ki, nə lazımdır?”- deyiblər və mən də haqlı olduqlarını düşünüb müraciətetmişəm. Cavaba gəlincə, ya cavabverilməyib, ya da "yox” deyilib. Sonra uzun müddət heç yerə müraciət etmədim. Nəhayət,yenə də dostların dəfələrlə israrındansonra, iş adamlarımızdan birinə çox (lapçox) həssas məsələ ilə bağlı müraciət etdim, "layihəni yaz göndər” dedi. Yazdımvə göndərdim. Kaş göndərməyəydim, cavabı alınca, necə deyərlər, mənimki mənə dəydi. Cavab "yox” idi, əvvəldən də belə olacağını təxminedirdim. Qınadımmı?! Yox, layihəmə kömək etmədiyi üçün qınamadım. Pulonundur, nə deyə bilərəm? Qınadığım bir məqam oldu, cavabı gec,dostlarım məndən üz döndərəndən sonar verdilər ki, bumövzuya ayrı bir yazı həsr edərəm, bəlkə dədə bu yaxın günlərdə.

"Ordan(Niderlanddan) bura jurnalistləri dəvət edə bilərsən?” deyə mənə dəfələrləmüraciətlər oldu. "Edərəm” dedim və xüsusi xahişlərdən sonra burdakı tanıdığım jurnalistlərlə danışdım və... vəaldadıldım və mən də öz növbəmdə burdakıları aldatmış oldum. Hanısını deyəsən?

Beləcədə ətrafıma yığdığım niderlandlı dostlarım, jurnalistlər və.s.zamanla, fəaliyyət onları qane etmədiyi üçün və digər bu kimi səbəblərdən uzaqlaşırlar. Sonra yenə də eyni əziyyətlər,müxtəlif tədbirlərə qatılmaq, yollara pul xərləmək və.s. hesabına yeni dostlarqazanıram və sonra onlar dauzaqlaşırlar. Dolayısı ilə özüm də eyni hərəkətləri dəfələrlə təkrar edirəm, ancaq heç deyilsə hər dəfəsindəmüəyyən qədər yazılar verdirmək, radio proqramlar hazırlamaq üçün dostlarımıinandıra bilirəm...

Deməkistədiyim odur ki, əziz millət, əziz oxucu, diaspor fəaliyyəti üçün maliyyə çoxönəmlidir. O da özündə olmayınca, kiməsə möhtac olduğun müddətcə çətin məsələdir,ən azından bizim durumuzda. Biz hələümumi iş üçün, təmənna gözləmədən pul xərcləməyə alışmamışıq. Biz hələ pərdəarxasında qalıb böyük işlər görməyi bilmirik.Yuxarıda sadladıqlarımın ilk üçü ilə bir yerə qədər iş görərsən,dördüncü olmazsa çətindir, yalandan asıb-kəsməklə deyil, vallah deyil, billahdeyil. Sonuncu olsa, diğərlərindən biri olmazsa yenə də mümkün deyil. İstəyin, bacarığın, pulun olsa, biliyinolmazsa yenə mümkün deyil. Etdiklərin sadəcə hay-küy olacaq, onun bunun əlindəalət olacaqsan.

Xahişedirəm, ermənini filanı misal gətiməyin.Söz, gələn yazılarımdan birində mütləq bu barədə də yazmağa çalışacam.

Sonda bir məqamı xüsusi qeyd etmək istəyirəm,həm də tam səmimi. Bir neçə il öncə, 2016 – cı ildə Bakıda keçrilən Dünya Azərbaycanlılarınındördüncü Qrultayında mən və təşkilatdakı həmkarım Vim də iştirakedirdik və yeri gəlmişkən, dəvət edənlərə bir daha təşəkkürlər. Qrultayda çıxış edən Azərbaycanın dövlətbaşçısı diasporun necə olması barədə həqiqətəndə çox gözəl çıxış etdi və tövsiyyələr verdi. Elə onun dediklərinin yarısına əməledilsə, şübhə etmirəm ki, diasporumuz indikindən çox yüksəkdə olar və daha səmərəli fəaliyyətgöstərərdi. Müqayisə etməyi sevməsəm də Y.Tarleözünün "Napaleon" əsərindən bu cümləyadıma düşdü. Kitabda yazır: "Napaleondövlət idarəçiliyində əmrlərin yerinə yetrilməsinin yoxlanılmasını heç dəonların verilməsindən az vacib məsələ saymırdı.” Görünür ölkə başçısı tövsiyyələrininyerinə yetrilib- yetrilməməsini yoxladı deyədiaspora məsul komitənin rəhbərliyindədəyişiklik etdi. Ümid edirəm ki, yeni rəhbərliyəyeni tövsiyyələr verməyə ehtiyacolmayacaq. Ancaq nəzarət isə hər zaman lazımdır.

Hə, yuxarıdakı lətifə belə bitirdi:

...Soruşurlar ki:

-Canım, niyə bu vaxta qədər heç elə birgün olmayıb ki, bu un, yağ, bal üçü də birdən yığılsın?

Molla bir ah çəkib deyir:

-Mənim bəxtimə nədeyim? İş burasınadı ki, un, yağ, bal olanda da mən olmuram.

Hə, mən gedim dördüncünüqazanım, çalışım ki, yuaxrıdakı dördünübir araya gətirə bilim. Sizsə, arada,vaxt tapanda, oxuduğunuz lətifələri təkrar oxuyun; həm də gülərsiniz.

Vüqar Abbasov. Niderland.

[email protected]


TƏQVİM / ARXİV