Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yanvarın 2-də Şahdağ Turizm Kompleksinin ərazisində inşa edilən “Lakeside” hotelində aparılmış işlərlə tanış olublar.
Adalet.az-ın məlumatına görə, Prezident və ailə üzvləri Şahdağ Turizm Kompleksinin ziyarətçiləri ilə də bir araya gəlib, səmimi fotolar çəkdiriblər.