Rusiyalı sabiq nazir Roman Starovoyun ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Adalet.az xəbər verir ki, Rusiya İstintaq Komitəsinin məlumatına görə, Starovoy iyulun 5-dən 6-na keçən gecə intihar etmiş ola bilər.
Məlumata görə, o şəxsi avtomobilində həyatına qəsd edib:
"Qəfil işdən çıxarıldıqdan sonra Roman Starovoit Odintsovoya qayıdıb, şəxsi PM tapançasını götürüb, Maleviç parkına gedib və avtomobilində özünü güllələyib", - Komitənin məlumatında qeyd olunub.
***
Rusiyanın keçmiş nəqliyyat naziri Roman Starovoyt Odintsovoda intihar edib.
Adalet.az xəbər verir ki, bu barədə Rusiya teleqram kanalları məlumat dərc edib.
Qeyd edək ki, bu gün Rusiya prezidenti Vladimir Putin Roman Starovoiti nəqliyyat naziri vəzifəsindən azad edib. Onun yerini müvəqqəti olaraq Novqorod vilayətinin keçmiş qubernatoru Andrey Nikitin tutub.
"Məlumata görə, bir müddət əvvəl bölgədə istehkamların tikintisi zamanı mənimsəməyə görə saxlanılan Kursk vilayətinin keçmiş qubernatoru Aleksey Smirnov Roman Starovoytun əleyhinə ifadə verib. Starovoyt işdən çıxarılıb və bundan sonra o, Moskva vilayətindəki evində intihar edib", - teleqram kanallardan biri yazıb.